Icma.az
close
up
RU
Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində Odessanın bir hissəsi qazsız qalıb

Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində Odessanın bir hissəsi qazsız qalıb

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 6-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd vilayətində olan hərbi obyektlərə zərbələr endirib.

Oxu.Az News.ru-ya istinadən xəbər verir ki, Rusiya ordusunun hücumuna Zaporojye, Odessa, Sumı və Xarkov vilayətləri məruz qalıblar.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 45 PUA-dan və müxtəlif aldadıcı dronlardan istifadə etdiyini açıqlayıb.

Xüsusən Rusiya PUA-larının Ukrayna və Rumıniya sərhədində yerləşən qaz nəqli infrastrukturuna zərbə endirməsi rezonans doğurub.

Belə ki, gecə saatlarında "Geran" kamikadze pilotsuz təyyarələri Odessa vilayətindəki "Orlovka" qaz-kompressor stansiyasını vurub.

"Bu, Rumıniya, Bolqarıstan və Türkiyəyə nəqli nəzərdə tutulan qazın təzyiqini artıran magistral qaz kəməri infrastrukturunun bir hissəsidir. Zərbələrdən sonra stansiyanın ərazisində irimiqyaslı yanğın başlayıb", - "Mash" "Telegram" kanalı yazır.

Şahidlər "Orlovka" qazölçmə məntəqəsinə 15-dən çox zərbə endirildiyini qeyd ediblər. Zərbələrin baş verdiyi yerdəki yanğının işığı Dunay çayının Rumıniya sahilindən müşahidə edilib.

İnformasiyanı Ukraynanın "Legitimnı" "Telegram" kanalı da təsdiq edib. Məlumatda qeyd olunur ki, İzmail rayonunun (Odessa vilayəti - red.) Orlovka kəndi yaxınlığında qazpaylayıcı stansiyaya zərbələr endirilib. Bildirilir ki, təmir çox vaxt aparacaq və baha başa gələcək.

"Bu qaz qurğusu ona görə əhəmiyyətlidir ki, Yunanıstandan bizə qaz onun vasitəsilə verilirdi. Orada Rumıniyadan, Türkiyədən gələn qazın saxlanıldığı terminallar var. Moldovaya da qismən qaz buradan gedir", - deyə məlumatda qeyd olunur.

Öz növbəsində Ukraynanın yerli hakimiyyət orqanları da hücumu təsdiqləyiblər. Belə ki, Rusiya ordusunun zərbəsi nəticəsində qazötürücü xətt zədələnib, Odessa vilayətində 2.5 mindən çox abonent qazsız qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see194

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see119

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see117

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see116

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see115

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see114

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri