Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölən və yaralananlar var YENİLƏNİB 1
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində bir nəfər isə ölüb.
***
11:48
Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, bir nəfərin isə dağıntılar altında qaldığı bildirilir.
APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
***
09:48
Rusiya ordusunun Zaporojyedəki yataxanaya zərbəsi nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “UNIAN” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
“Yaralılar arasında altı uşaq var — üç qız və üç oğlan. Uşaqların yaşı 3 ilə 6 arasındadır. Hamısına zəruri tibbi yardım göstərilir,” – deyə o qeyd edib.
Bundan başqa, yaşayış binalarında bir neçə yanğın söndürülüb və zədələnmiş infrastruktur obyektlərində bərpa işlərinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















