“Turan Tovuz”un kapitanı: “Ayrılmaq fikrim yoxdur, mən də oynamaq istəyirəm”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Artıq mövsümün ikinci yarısı üçün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına başlamışıq. Çempionatda fasilə elə də çox olmadı”.
Bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.
33 yaşlı müdafiəçi komandanın hədəfləri barədə söz açıb.
“İstirahətdən sonra insanda yeni həvəs olur. Qarşımıza bir məqsəd qoymuşuq. Ona çatmaq üçün var gücümüzlə məşqlərimizi edirik. Çempionatadək hazır olmaq niyyətindəyik. Düşünürəm ki, mövsümün ikinci yarısı birinciyə nisbətən daha ağır olacaq. Biz daha çox çalışmalı və işləməliyik”, - deyə sport24.az-a açıqlamasında deyib.
Mövsümün ilk yarısında toplam üç matçda 109 dəqiqə meydanda olan Ş.Əliyev qərb təmsilçisindəki taleyi ilə bağlı da danışıb:
“Sözün düzü, zədədən sonra komandaya qayıtdım, yenidən zədələndim. 1 aydan çoxdur ki, komanda ilə məşq edə bilmirdim. Türkiyədə kollektivə qoşulacağam. Həkim isə zaman lazım olduğunu söyləyib. Mən də oynamaq və komandaya kömək etmək istəyirəm. Klubdan ayrılmaq barədə düşünməmişəm. Zədəmi sağaltmaq və “Turan Tovuz”a xeyir vermək barədə fikirləşirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















