Rusiyanın Yarovayaya zərbələri nəticəsində ölənlərin sayı 24 ə çatıb, 19 nəfər yaralanıb
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonunun Yarovaya kəndinə Rusiya aviasiyasının endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalında məlumat verilib.
"Rusiya aviasiyasının Kramatorsk rayonunun Yarovaya kəndinə endirdiyi kinli zərbə nəticəsində 24 nəfər həlak olub, 19 nəfər yaralanıb. Hadisə yerində bütün fövqəladə xidmətlər işləyib. Xilasedicilər iki yaralını stabilləşdirmə məntəqəsindən tibb müəssisəsinə çatdırıb və düşmənin atəşi nəticəsində başlayan yanğını söndürüblər", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya hərbçiləri Yarovaya kəndində yerləşən "Ukrpoşta" mobil məntəqəsinə havadan zərbələr endirib.

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10 a çatıb, 90 nəfər yaralanıb
24 Aprel 2025 19:30
Kiyevə Rusiya ordusunun zərbələri nəticəsində ölənlərin sayı 20 ə çatıb
28 Avqust 2025 17:14
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 10a çatıb YENİLƏNİB
07 Dekabr 2024 03:50
Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115 ə çatıb
30 May 2025 19:51
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12 yə çatıb YENİLƏNİB
28 Avqust 2025 11:54

