Rusiyanın yeni silahı Ukraynanı qorxuya saldı KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın yeni “Molniya” seriyalı FPV dronları Ukrayna Silahlı Qüvvələri üçün “baş ağrısına” çevrilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Sternenko “Obşestvennoye” nəşrinə deyib.
Onun sözlərinə görə, hazırda Rusiya qoşunları Ukrayna mövqelərini “Molniya” dronları ilə kütləvi şəkildə hədəfə alır.
“Cəbhəyanı ərazilərdə yaşayan insanlar artıq bunun pilotsuz uçuş aparatı olduğunu bilirlər. Bu, təyyarə tipli FPV dronudur. Onun istehsalını sürətlə artırmaq mümkündür, çünki komponent bazası baxımından mürəkkəb deyil. Bu dronlar həm icmalar, həm də müdafiəçilər üçün ciddi problemə çevrilib”, – deyə Sternenko bildirib.
O qeyd edib ki, bu tip dronlar 50 kilometrədək məsafə qət edə bilir və bəzən 2, 3, hətta 5 kiloqramlıq döyüş yükü daşıyır.
Bundan əvvəl Ukrayna kəşfiyyatçılarından biri Rusiya istehsalı olan “Molniya” və digər FPV dronlarının Ukrayna qoşunları üçün ciddi təhlükə yaratdığını açıqlamışdı.\\Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 12 İyul 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















