Icma.az
close
up
RU
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir

Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, "Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.

Emin Əfəndinin Rusiya ərazisinə buraxılmamasına səbəb kimi onun "telegram" kanalında Rusiya ilə bağlı yazdığı statusların səbəb olduğu bildirilib. 

Baş verən neqativ hal ilə bağlı AZXEBER.COM-a açıqlama verən Emin Əfəndi ona heç bir rəsmi izahın verilmədiyini bildirib:

"Rusiya ərazisində buraxılmadığım vaxt ərzində mənə rəsmi izah verən olmadı. Tək sözləri "sən gözlə” oldu, pasportumu aldılar. Pasportdan da vacib olan telefonumu da əlimdən aldılar". 

Emin Əfəndi Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dediyinə görə saxlanıldığınl iddia edib:

"Əvvəl məni Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə  günahlandırırdılar. Ola bilər, bu onların vətəndaşları üçün ağır və bağışlanmazdır, amma mən Azərbaycan vətəndaşıyam. Yaxşı anlayıram ki, qəzəb Ukraynaya münasibətimdən çox, gündən-günə güclənən dövlətimədir. Əgər söhbət ərazi bütövlüyündən gedirsə, ölkəmin başçısı daha ilk gündən Ukraynanın sərhədlərini tanıdı və dəstəklədi, mən də vətəndaş olaraq bu siyasətlə razıyam. Sən milyon dəfə "xüsusi hərbi əməliyyat” desən də, hamı bilir ki, bu müharibədir, öldürülən əsgərlər, dağılan evlər, günahsız uşaqlar, qadınlar, bunlar müharibənin acı həqiqətləridir. Mən də bütün normal insanlar kimi qan tökülməsinə qarşıyam, bunu dünya başa düşürəm, amma sən anlamadın, ya da anlamaq istəmədin, sən artıq Orwellin qələmi ilə yazılmış canlı bir kitaba çevrilmisən".

Rusiyada azərbaycanlılara qarşı münasibətdən danışan Emin Əfəndi deyib:

"Moskvaya uçan təyyarədə bütün azərbaycanlıların pasportlarını yığdılar, hamını ən azı iki saat gözlətdilər, bəzilərini, mənim kimi, ümumiyyətlə buraxmadılar, bu, artıq ayrı-ayrı insanların münasibəti deyil, bu, dövlət səviyyəsində qurulmuş bir sistemdir və hər gün daha da sərtləşir”.

Emin Əfəndi saxlanılma şəraitindən də danışıb:

"Bir sutka ərzində mən müxtəlif, əsasən də müsəlman ölkələrindən gələn insanlarla bir yerdə oldum, onlarla söhbət edərkən anladım ki, ölkəmizə münasibət dəyişib, o insanlar bizə xüsusi hörmətlə yanaşır, başa düşür, həmrəylik göstərirdilər, biz bunu müstəqil siyasətimiz və ədalət savaşımızla qazanmışıq. Sorğu-sual aparan rütbəlilər isə sadəcə dindirən deyildilər, onlar sanki Solovyovun dili ilə mənimlə mübahisə edir, özlərini haqlı göstərməyə çalışırdılar, həmin anda bir daha dərk etdim ki, bizim ölkə böyüyür, güclənir, inkişaf edir və bu inkişaf çoxuna sərf etmir".

Günel Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri