Rusiyaya daha bir zərbə: Başqırdlar müstəqillik üçün ayağa qalxdı
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
"Keçən il dünyada böyük və qəhrəman bir xalq meydana gəldi. Bu, Ukrayna xalqıdır. Ukrayna xalqı təkcə özünü Rusiya işğalından xilas etmədi, həm də müstəmləkə siyasətinin qurbanı olan digər xalqlara da yardım etdi".
Bakupost.az xəbər verir ki, bunu Başqırd Milli Siyasi Mərkəzinin rəhbəri Ruslan Qabbasov deyib.
Onun sözlərinə görə, müharibə başlayandan sonra Başqırdıstan başa düşdü ki, müstəqilliyi uğrunda mübarizə aparmalıdır, Rusiyadan ayrılmalıdır:
"Bizim ayrı yolumuz var. Başqırd milli hərəkatı bilərəkdən Başqırdıstanın müstəqilliyini seçdi. Bu imkanı bizə uca Tanrı verir. İndi biz bu fürsətdən 100% istifadə edəcəyik".
Bildirilib ki, son vaxtlar Rusiya Federasiyasının tərkibində olan Başqırdıstan Respublikasında müstəqillik tərəfdarı olan hərəkatlar aktivləşiblər.
Aysel,
BakuPost


