Icma.az
close
up
RU
Təyyarələr havaya qalxdı, silahlar hazırlandı Paşinyandan Rusiyaya ağır zərbə

Təyyarələr havaya qalxdı, silahlar hazırlandı Paşinyandan Rusiyaya ağır zərbə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ilə Ermənistan arasında bir müddətdir müşahidə olunan gərginlik artıq müxtəlif istiqamətlərdə özünü göstərir. Ötən günlərdə Rusiyaya məxsus hərbi yük təyyarələrinin Ermənistana intensiv uçuşları ilə bağlı yayılan məlumatlar narahatlığı daha da artırıb. Yalnız son 10 gün ərzində 12 belə reysin həyata keçirildiyi, onlardan 10-nun Gümrüyə, 2-nin isə birbaşa İrəvana yönəldiyi bildirilir.

Rəsmi Moskva məsələ ilə bağlı hər hansı şərh verməsə də, erməni mənbələri bu uçuşların təsadüfi olmadığını, Əbu-Dabidə keçirilən görüşün Kremldə ciddi narazılıq doğurduğunu yazır. Məlumata görə, Ermənistanın Baş nazir Nikol Paşinyanın oliqarxlar və kilsəyə qarşı atdığı addımlar Kremldə ciddi narazılıq doğurub.

Moskvanın İrəvanla bağlı planı nədir? Sözügedən uçuşlar hansı məqsədlə həyata keçirilir?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, rəsmi İrəvanla Moskva arasındakı gərginlik heç kimə sirr deyil:

“Paşinyan hakimiyyəti Ermənistanda Rusiyanın maraqlarını kifayət qədər ifadə edə bilmir. Baş nazir İrəvanı Kremlin təsir dairəsindən çıxararaq Qərblə daha da yaxınlaşmaq xəttini izləyir. Buna görə də Moskva öz son dayaqlarını neytrallaşdırmaqda qərarlıdır. Əgər bu alınmasa, qarşı tərəf Paşinyanın hakimiyyətinə son qoymağa çalışacaq.

Həmçinin oxuyun:

Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı – Bakı fərqindədir

Təbii ki, Rusiya Ermənistandakı əlaltılarını qurban vermək niyyətində deyil və onların müdafiəsi üçün maksimum cəhd göstərir. Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən qarşıdurma da məhz bu səbəbdəndir. Rusiya kilsənin məğlubiyyətini istəmir. Hazırkı vəziyyətdə Rusiyaya məxsus yük təyyarələrinin Ermənistana mütəmadi uçuşları bu ölkəni silahlandırmaq üçün yox, Kremlə bağlı qüvvələri qorumaq və öz mövcudluğunu saxlamaq məqsədi daşıyır. Çünki artıq Rusiyanın silahlandıra biləcəyi tərəf qalmayıb. Paşinyan bütün əsas güc strukturlarına az da olsa, nəzarət etməyi bacarıb”.


Mütəllim Rəhimov

Politoloq bildirib ki, Kreml məhz bu səbəbdən hərbi birləşmələri və daxildəki tərəfdarları vasitəsilə Paşinyan hakimiyyətinə qarşı silahlı üsyan təşkil edə bilər:

“Əslində bunun reallaşma ehtimalı kifayət qədər yüksəkdir. Çünki Rusiya ya hansı vasitə ilə olursa olsun, Ermənistanda qalmalıdır, ya da oradan çıxarılmaq üzrə olduğunu qəbul etməlidir. İkinci hal baş verərsə, Moskva üçün Qafqazda yerləşən böyük orta yol üzərində nəzarəti itirmək riski yaranacaq. Bu isə fəlakət hesab olunur.

Beləliklə, Kremlə görə yalnız bir yol qalır: nə mümkündürsə etmək və İrəvandakı mövcudluğunu qorumaq. Ona görə də Ermənistana daşınan silahların yaxın gələcəkdə partlaması ehtimalı yüksəkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri