Icma.az
close
up
RU
“Rusiyaya daha sərt təzyiq lazımdır” “Trampın sülh səyləri nəticə vermədi...”

“Rusiyaya daha sərt təzyiq lazımdır” “Trampın sülh səyləri nəticə vermədi...”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Litvanın xarici işlər naziri Kyastutis Budris Qərb mediasına verdiyi müsahibədə deyib ki, Rusiya üzərində təzyiq artırılmalı, Ukraynaya isə daha çox dəstək göstərilməlidir. Onun sözlərinə görə, Trampın sülh təşəbbüsləri hələ də nəticə verməyib.

“Putinin əməlləri atəşkəsə maraqlı olmadığını göstərir” – Budris, Putin və Tramp arasında mayın 19-da keçirilən telefon danışığına toxunaraq bildirib ki, tərəflər atəşkəslə bağlı dialoq başlamağa razılaşsalar da, Putin bu prosesi "mərhələli" şəkildə həyata keçirmək istəyib. Bu isə onun atəşkəsə səmimi marağının olmadığını göstərir və Qərbin daha sərt təzyiq tədbirlərinə ehtiyac yaradır.

Tramp prezidentliyə başladığı gündən müharibəni dayandıracağına söz verib və ABŞ diplomatları bu ilin əvvəlindən Qara dənizdə gəmiçiliyi və mülki infrastrukturu əhatə edən hissəli atəşkəs planları üzərində iş aparırlar. Lakin Budrisin fikrincə, bu səylərin nəticəsiz qalması daha təsirli tədbirlərin tətbiqini vacib edir.

“Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edilməli və Ukraynaya daha çox dəstək verilməlidir” – Litvalı nazir əlavə edib ki, Rusiya enerji ixracatını hədəf almalıdır, çünki bu sektor Kremlin hərbi maşınının əsas maliyyə qaynağıdır. ABŞ Senatının respublikaçı üzvü Lindsi Qremin təklif etdiyi 500 faiz rüsum da bu məqsədlə irəli sürülüb.

Lakin, Budrisin sərt çağırışlarına baxmayaraq, Avropa İttifaqı enerji sanksiyalarında hələ də effektiv ola bilməyib. 2024-cü ildə Avropanın Rusiyadan LNG idxalı artıb, Macarıstan isə sektoral sanksiyalara veto qoymağa hazır olduğunu bildirib. Buna görə də, Avropa Komissiyası Rusiya qazının 2027-ci ilə qədər mərhələli şəkildə Aİ bazarından çıxarılmasını təklif edib.

Budris, Sovet İttifaqının cinayətlərinə də toxunaraq qeyd edib ki, bu cinayətlər heç vaxt beynəlxalq tribunal qarşısında cavablandırılmayıb və indi Rusiya tarixi yenidən yazmağa çalışır: "Bu, nasist rejimindən fərqli olaraq, cəzasız qalan tarixdir və biz bu məsuliyyətsizliyi cavabsız qoya bilmərik."

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri