Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“RUSİYAYA DAHA YENİ REGİONLAR QATACAĞIQ” Medvedev Kremlin yeni işğal planlarını açıqladı sırada hansı ölkələrdir? VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

“RUSİYAYA DAHA YENİ REGİONLAR QATACAĞIQ” Medvedev Kremlin yeni işğal planlarını açıqladı sırada hansı ölkələrdir? VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyanın hakim “Vahid Rusiya” partiyasının dekabrın 14-də keçirilən qurultayı Kremlin bütün beynəlxalq norma və prinsiplərə, qanunlara, eləcə də adi ədalət anlayışına məhəl qoymadığını bir daha, özü də çox eybəcər şəkildə ortaya qoydu. Bu partiyaya Rusiyanın keçmiş prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini, qeyri-adekvat açıqlama və davranışları ilə seçilən Dmitri Medvedevin sədrlik etməsi isə vəziyyətin nə qədər tragikomik və təhlükəli olduğunun bariz göstəricisidir…

Qurultayda çıxış edən Medvedev heç bir məsuliyyət hissi nümayiş etdirmədən, “qırmızı” və nümayişkaranə şəkildə Rusiyanın gələcək işğal planlarının anonsunu verib və Kremlin Ukraynanın məlum vilayətləri ilə “doyub-durmaq” fikrində olmadığını bildirib.

Dmitri Medvedev deyib ki, “gələcəkdə Rusiyanın tərkibində yeni regionlar yarana bilər”. Qurultayda çıxış edən partiya sədri əvvəlcə Rusiyanın işğal və ilhaq etdiyi qondarma “DXR”, “LXR”, eləcə də Ukraynanın Zaporojye və Xerson vilayətlərinin “potensialının reallaşdırılmasının vacibliyi” barədə danışıb. Ardınca qeyd edib ki, Rusiya Federasiyası “digər yeni regionları ölkəyə birləşdirərkən bu inteqrasiya təcrübəsindən istifadə edə bilər”: “Biz bu regionların (Ukraynanın işğal olunmuş əraziləri - red.) potensialının tam şəkildə reallaşdırılmasını təmin etməliyik. Biz bunu “Yeni regionların inkişafı” proqramı çərçivəsində həyata keçirəcəyik. Ölkəmizdə yeni, lakin bizə çox yaxın bölgələr yaranarsa, bu təcrübə daha çox tələb oluna bilər.Yeri gəlmişkən, bu təcrübəyə bundan sonra da ehtiyacımız olacaq, bizə çox yaxın olan yeni regionlar yaranarsa… Axı bu, mümkündür”. Medvedev bunu deyəndən sonra zalda gurultulu alqışlar səslənib. Bu, o deməkdir ki, hakim partiyanın rəhbərliyi və qurultay iştirakçıları da Medvedevlə eyni ağıla və “ideyalara” qulluq edir…

Medvedev onu da bildirib ki, gələn il çətin keçəcək, lakin Rusiya Federasiyası “qələbəyə ümid edir”.

Medvedev konkret olaraq Rusiyanın hansı “yeni regionlara” göz dikdiyini açıqlamayıb. Ancaq söhbətin yalnız Ukraynadan getmədiyi birmənalı olaraq aydındır. Burada ilk sırada böyük ehtimalla Moldovanın suveren ərazisi olan qondarma “dnestryanı respublikası” və Gürcüstan ərazisi olan Cənubi Osetiya nəzərdə tutulur. Rusiya bu kvazidövlət qurumlarında separatçı əhval-ruhiyyəni açıq şəkildə dəstəkləyir və onların liderləri tez-tez Moskvaya gedir, orada Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışırlar.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan qısa müddət sonra Cənubi Osetiya “hakimiyyəti” Rusiyaya “birləşmək” niyyətini bir daha açıq şəkildə bəyan etdi. Qondarma “Cənubi Osetiya parlamentinin sədri” Alan Alborov 2024-cü ilin martında belə bir qərarın tanınmamış respublikanın vətəndaşları tərəfindən referendumda verilməli olduğunu deyib və “bu ideyanın Moskva ilə sıx koordinasiyada müzakirə olunduğunu” bildirib.

Eyni bəyanatlar 2024-cü ilin fevralında tanınmamış qondarma “dnestryanı respublikası” tərəfindən də səsləndirilib. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi separatçı rejimin nəzarətindəki ərazidə yaşayanları “soydaşlarımız” adlandıraraq, bu müraciətə baxacqlarını bəyan etmişdi. Oxşar vəziyyət Qaqauziyada da müşahidə olunur.

Gürcüstanın tərkib hissəsi olan, lakin Rusiyanın hərbi-siyasi baxımdan nəzarət etdiyi Abxaziyada isə vəziyyət bir qədər fərqlidir. Abxazlar Rusiyanın tərkib hissəsi olmağa həvəsli deyillər. “Abxaziya parlamentinin spikeri” Valeri Kvarçiy bu barədə deyib: “Rusiya bizim strateji tərəfdaşımızdır, doğma və yaxın dövlətdir, lakin respublikamızın Rusiya Federasiyasına qoşulmaq niyyəti yoxdur”. Buna baxmayaraq, Rusiya bu regiona da təzyiqi durmadan artır və təbii ki, Kreml bu ərazini də rəsmən öz torpaqlarına qatmaq niyyətindən geri çəkilən deyil.

Qeyd edək ki, Rusiyanın işğalçı imperiya iştahası yalnız yuxarıda adı qeyd eilən separatçı bölgələrlə tamamlanmır. Məlum olduğu kimi, Kremlin təbliğatçıları tez-tez Qazaxıstana və Pribaltika ökələrinə də dil uzadırlar. Artıq dəfələrlə Qazaxıstanın şimalındakı ərazilərin Rusiyaya birləşdirilməli olduğuna dair Kreml təbliğatçılarının, hətta bəzi Duma üzvlərinin bəyanatlarına və buna Qazaxıstanın kəskin reaksiyasına rast gəlinib.

Medvedev də özünün növbəti şizofrenik bəyanatında sözsüz ki, təkcə qondarma separatçı qurumların nəzarətində olan bölgələri deyil, Pribaltikanın və Qazaxıstanın məlum ərazilərini də nəzərdə tutub. Həm də təkcə onları yox…

Bu bəyanat bir daha göstərir ki, Rusiyanın xəstə imperiya təfəkürünə söykənən strateji məqsədi keçmiş SSRİ-nin mümkün olan istənilən variantda bərpasıdır və bu baxımdan təhlükə altında olan təkcə Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan deyil, bütünlükdə MDB məkanıdır…

Cəlal Məmmədov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri