Icma.az
close
up
RU
“Rusiyaya qarşı sanksiyalar dünyanı fəlakətə aparır“ İrlandiyalı ekspertdən şok açıqlamalar

“Rusiyaya qarşı sanksiyalar dünyanı fəlakətə aparır“ İrlandiyalı ekspertdən şok açıqlamalar

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trump-ın" Rosneft" və "Lukoil" kimi iri Rusiya enerji şirkətlərinə tətbiq etdiyi sanksiyalar qlobal bazarlarda dalğalanmalara səbəb olub. Çin və Hindistan Rusiyadan neft alışını məhdudlaşdırır ki, bu da əlavə qeyri-sabitlik yaradır. Ekspertlər xəbərdarlıq edirlər ki, Rusiyanın ixracını məhdudlaşdırmaq həm xam neft, həm də dizel təchizatını risk altına qoyur. Trump-ın Rusiyanın enerji bazarlarına yönəlmiş sanksiyaları Avropanı çətin vəziyyətə salıb. Enerji asılılığı və qiymət risklərinin artması səbəbindən bir sıra Avropa ölkələri artıq Ağ Evlə əlaqə saxlayaraq bu məhdudiyyətlərin yumşaldılmasını istəyirlər.

Avropalı ölkələr Ukraynanı dəstəkləsələr də, niyə Rusiyanın enerji məhsullarından  imtina edə bilmirlər?

Moderator.az-a danışan irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib ki, bu, çox maraqlı bir sualdır və göstərir ki, Avropa həqiqətən də çox çətin vəziyyətdədir:

“İlk öncə qeyd etmək lazımdır ki, bütün Avropa ölkələri  eyni vəziyyətdə deyil. Xüsusilə Macarıstan və Slovakiya Rusiya neftinə ehtiyac duyur. Digər ölkələrin alternativ mənbələri var. Lakin bir sıra kommersiya və logistika səbəblərinə görə ABŞ-dan LNG-yə (təbiq qaz) artan asılılıq, ucuz Rusiya təchizatı ilə müqayisədə daha bahalı olduğundan, sənaye və ev təsərrüfatları üçün enerji xərclərini yüksəldib. Demokratik ölkələrdə bu mövcud hökumətləri seçkilərdə həssas vəziyyətə qoyur”.

İrlandiyalı eksperti qeyd edib ki, Avropa İttifaqı bürokratiyası Von der Leyen və başqa üzv ölkələr daha qəti anti-Rusiya mövqeyindədir:

“Bunun səbəbi onların öz mövqelərini qorumaq üçün “Rusiya təhdidi” narrativindən istifadə etmələridir. Onlar müharibənin davam etməsini və ukraynalıların döyüşməyə davam etməsini istəyirlər ki, ruslar məşğul olsun. Lakin Ukrayna müharibəsinin maliyyə xərci Avropa üçün fəlakətli ola bilər. ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini öz müdafiələrinin ödənişini, ÜDM-in 5%-i səviyyəsində, ödəməyə məcbur edir. Bu, bir çox ölkəni iflasa sürükləyə bilər. Həmçinin Ukraynanın bərpası xərci var. Onlar müsadirə olunmuş Rusiya pullarından istifadə edə bilməzlər, çünki bu beynəlxalq qanunu pozur və sanksiya qorxusu səbəbindən Avropadan beynəlxalq kapitalın çıxmasına səbəb olar. Qısacası, Avropa Rusiyaya qarşı ucuz mübarizə aparmaq, ukraynalılardan və ABŞ-ın gücündən istifadə etmək istəyirdi. İndi Avropa görür ki, bu mövqe davam etdirilə bilməz. Həm Avropa, həm də dünya çox təhlükəli vəziyyətdədir”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri