Rusiyaya qarşı sanksiyaların hansı halda ləğv olunacağı açıqlandı
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna münaqişəsi həll olunarsa, Qərb ölkələri anti-Rusiya sanksiyalarını ləğv etməli olacaqlar.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Moskvaya qarşı tətbiq edilən məhdudiyyətlər barədə suala belə cavab verib. "Bütün bunlar Ukraynadakı münaqişənin nəticəsidir. Münaqişə nəticəsində tətbiq edilən sanksiyalar var. Ona görə də demək istərdim ki, istənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır. Sanksiya tətbiq edən başqa tərəflər də var. Avropa İttifaqı nə vaxtsa danışıqlar masasına gəlməli olacaq, çünki onların da Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları var".
Dövlət katibi əlavə edib ki, məqsəd bu münaqişəni ədalətli, davamlı, sabit və bütün iştirakçı tərəflər üçün məqbul bir şəkildə bitirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Fevral 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















