Icma.az
close
up
RU
Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir

Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İlham İsmayılov: "Mədəni Muxtariyyat gələcəkdə milli muxtariyyata gedən yolun başlanğıcı ola bilər"
Məlum olduğu kimi cari ilin mart ayında Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda, eləcə də Qarabağ bölgəsində "Türkman irsi: Vətəndaş Cəmiyyətinin həmrəyliyi" mövzusunda forum və silsilə tədbirlər keçirilmişdi.
Tədbir çərçivəsində Bakıya səfər etmiş İraq-Türkman Cəbhəsi başkanı, millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Təşkilatının sədrı Nebil Şahin Kifrili tərəfindən “Vətənpərvərliyin Təbliğinə Dəstək” İB-nin sədri Şəmistan Əlizamanlı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov silsilə tədbirlərdə iştirak etmək üçün İraqa dəvət olunublar.

Dəvət əsasında Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.
Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulur. Məlumat üçün onu da qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Səfərin məqsədi və qarşıya qoyulan hədəflər barədə ATXƏM sədri İlham İsmayılov fikirlərini Newscenter.az-la bölüşüb. O qeyd edib ki, son illər Türk dünyasının inteqrasiyası istiqamətində istər dövlətlər, istərsə də onların vətəndaş cəmiyyətləri səviyyəsində çox mühüm addımlar atılıb, yüksək səviyyəli əməkdaşlıq qurulub:

“Türk dövlətlərinin birləşdiyi Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq bir platformaya çevrilib. Qurumda Avropadan müşahidəçi üzvlər də təmsil olunur ki, bu da TDT-nin qlobal aktora çevrilməsinə zəmin yaradır. Qeyd etdiyim kimi vətəndaş cəmiyyəti də bu prosesdə öz üzərində düşən vəzifələri layiqncə yerinə yetirir. Necə ki, Azərbaycan TDT çərçivəsində bir sıra layihə və ideyalarının reallaşmasında təşəbbüskar qismində çıxış edir, bu prosesin bir növ lokomotivi rolunu oynayır, eləcə də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi Türk dünyasının vətəndaş cəmiyyətinin bir platforma ətrafında birləşməsi və koordinasiyalı şəkildə fəaliyyət göstərməsində eyni funksiyanı yerinə yetirir. Bu günlərdə QHT Agentliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi bunun əyani sübutudur”.
İlham İsmayılov deyib ki, TDT üzv ölkələrin vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf etsə də, lakin bu coğrafiyadan kənarda qalan, Türk dövləti olmamasına baxmayaraq həmin ölkələrdə yaşayan türk xalqları, məsələn, İraqdakı türkmanlər, Kərkükdə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri, eləcə də Rusiyadakı türk topluluqları bir qədər bu prosesdən kənarda qalıblar. ATXƏM sədrinin sözlərinə görə, bunlar coğrafi baxımdan türk dövlətləri içərisində olmasalar belə, ayrılmaz bir hissəmizdir, kök baxımından Azərbaycana daha yaxındırlar:

“Təbii ki, bu da müəyyən səbəblərlə əlaqədardır. Uzun illər İraqda mövcud olmuş Səddam rejiminin vətəndaş cəmiyyətinin inkişafına imkan yaratmaması, Səddamın devrilməsindən sonra ölkədə davam edən gərginlik və siyasi sabitsizlik Kərkükə də təsirsiz ötüşməyib və oradakı qardaşlarımız qeyd edilən istiqamətdə istədikləri, arzuladıqları fəaliyyəti ortaya qoya bilməyiblər. Ona görə də düşünürəm ki, onların fəaliyyətinə təkan, dəstək vermək, kərküklü qardaşlarımızı da TDT çərçivəsində təşəbbüslər və layihələrə cəlb etmək üçün aktivliyimizi artırmalıyıq. Əslində səfərimizin əsas məqsədlərindən biri də budur ki, Kərkükdəki vətəndaş cəmiyyətlərini birgə fəaliyyət istiqamətlərinə cəlb edək və bir sıra istiqamətlər üzrə koordinasiyalı fəaliyyət yürüdək”.
ATXƏM sədri diqqətə çatdırıb ki, İraq Türkmənləri və Kərkük şəhəri türk dünyasının tarixi, mədəni və strateji baxımdan ən önəmli mərkəzlərindən biridir. Ona görə də İraq türkmənlərinin siyasi, sosial, mədəni və iqtisadi vəziyyətinin yaxşılaşdırılması, Kərkükün Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrinin intensivləşdirilməsi və türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir:
“Kərkükü türk dünyasının regional mədəniyyət və əməkdaşlıq mərkəzinə çevirmək, türkmən icmasının təhlükəsizliyini, siyasi təmsilçiliyini və sosial rifahını gücləndirmək önəmlidir. Türkmən icmasının hüquqlarının qorunması və siyasi təmsilçiliyinin gücləndirilməsi, Kərkükün türk dünyası ilə iqtisadi, mədəni və təhsil əlaqələrinin genişləndirilməsi, Türkmən mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində koordinasiyalı iş aparmaq mümkündür”.

İlham İsmayılov hesab edir ki, hətta bu məqsədlə Ankara–Bağdad–Kərkük formatında daimi siyasi dialoq yaradılması da mümkün varinatlar sırasındadır:
“Məsələn, TDT çərçivəsində Türkmən Tematik Şurası, yaxud “Türkmən İşləri üzrə Koordinasiya Şurası”nın qurulması da ümumi işimiz baxımından faydalı olardı. Bütün bunlarla yanaşı iqtisadi və mədəni sahələrdə də geniş əməkdaşlıq imkanları mövcuddur. Kərkükü Türk Dünyası iqtisadi qovşağına çevirmək olar. Mədəni sahədə əlaqələrə gəlincə Türk dünyasında “Kərkük Günü” tədbirləri, musiqi, folklor, ədəbiyyat festivalları keçirmək həm Kərkükün Türk dünyasına daha dərindən inteqrasiyası, həm də dünyaya tanıdılması baxımından faydalı olar. Məsələn, TRT Avaz, Azərbaycan TV və türk dünyası mediasında Kərkük verilişləri yayımlana bilər. Hətta Kərkük Türk Dünyası Mədəniyyət Paytaxtı da elan edilə bilər”.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən forum və toplantılarda ATXƏM sədri çıxışı zamanı Mədəni Muxtariyyatın alınması üçün Kərkükdə Azərbaycan Evinin açılması, Azərbaycan Mədəni Mərkəzinin yaradılmasını təklif edib. İlham İsmayılov eyni zamanda orada Türkiyənin Mədəni Mərkəzinin yaranmasını da məqsəduyğun hesab edib:
“Mədəni Muxtariyyat gələcəkdə milli muxtariyyata gedən yolun başlanğıcı ola bilər. Türkmanlar İraqda ərəblər və kürdlərdən sonra sayca üçüncü xalqdır. Kürdlərin burada muxtariyyatı olsa da, lakin türkmanların heç bir muxtariyyatı yoxdur. Ona görə də türkmanların da burada mədəni muxtariyyatının olması zərurəti var. Burada milyonlarla türkün yaşamasını nəzərə alaraq gələcəkdə Kərkükdə Azərbaycan Konsulluğunun açılması da mümkün ola bilər”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri