Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Nazirdən müəllimlərə sitəm bəs günahkar kimdir?

Nazirdən müəllimlərə sitəm bəs günahkar kimdir?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ekspert deyir ki, nazirin ibtidai sinif müəllimlərinə xüsusi vurğu etməsi təsadüfi deyil; “Bu qədər ciddi problemlərə uzun illər vaxtında müdaxilə edilməyib və...”

“Nəzarətlər və təhlillər göstərir ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlərin kökündə dayanan əsas amillərdən biri müəllim faktorudur. Tədris resursları, dərsliklərin sayı və keyfiyyəti nə qədər önəmli olsa da, bu sistemdə ən vacib müəllimdir. Təcrübə göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında keyfiyyətli müəllimlər dayanır. Parlamentdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev belə  deyib.

Nazir qeyd edib ki, son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil: “Buna görə də müəllimlərin ilkin hazırlığı əsas prioritetlərdən biridir. Xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin təhsili və bacarığı uşaqların gələcək inkişafına bilavasitə təsir edir. Əgər müəllimin özündə tədris bacarıqları zəifdirsə, bu, növbəti mərhələlərdə də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

Nazir qeyd edib ki, ali məktəblər üçün müasir dərsliklər hazırlanır. Amma orta məktəblər üçün təməl dərsliklər daha da təkmilləşdirilməlidir. Bu dərsliklər sadəcə məlumat ötürən deyil, düşüncə formalaşdıran, inkişaf etdirən vasitə olmalıdır: “Bunun nəticəsində dil dərslikləri müasir tələblərə cavab vermir, dərindən tədqiq olunmuş və praktikaya əsaslanan dərsliklər çatışmır. Məsələn, bəzi dərsliklər müəllifin şəxsi yanaşmasına əsaslanır, lakin ümumi metodoloji və nəzəri əsasları zəifdir. Bu səbəbdən, standartlara uyğun, öyrədici və qiymətləndirməyə əsaslanan dərsliklərin hazırlanması vacibdir”.

Onun sözlərinə görə, bu məsələdə dəqiq qiymətləndirmə də önəmlidir: “Biz nəyə nail olduğumuzu və nəyi edə biləcəyimizi ölçmək üçün dəqiq və nəticəyönümlü qiymətləndirmə mexanizmləri qurmalıyıq. Bu sistemlər yalnız formal yanaşmalarla deyil, real nəticələrlə işləməlidir. Qiymətləndirmə qaydaları şəffaf və obyektiv olmalı, nəticələri ölçən vasitələrlə təmin edilməlidir”.

“Məqsəd Azərbaycanın yeni texnoloji məzun bazasının formalaşdırılmasıdır. Təkcə humanitar sahələrdə deyil, texnologiya üzrə ixtisaslaşan məzunların sayı da artmalıdır. Bu, ölkənin inkişafı və gələcək strateji məqsədləri üçün olduqca vacibdir”, - o vurğulayıb. 

Bəs müəllim hazırlayan ali məktəblərə kim cavabdehdir?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “İlk növbədə qeyd edim ki, təhsilin keyfiyyəti problemi resurs çatışmazlığından daha çox insan kapitalının keyfiyyəti ilə bağlıdır və bu mənada Elm və Təhsil Nazirliyinin mövcud vəziyyəti açıq şəkildə ortaya qoyması sistemli islahatlar üçün doğru başlanğıcdır. Təhlil onu göstərir ki, müəllim amili təhsilin bütün komponentlərini - kurikulumun tətbiqini, dərsliklərin effektivliyini, qiymətləndirmənin obyektivliyini və şagird nailiyyətlərini birbaşa müəyyən edir. Nazir tərəfindən səsləndirilən 4500-5000 müəllim arasında aparılan qiymətləndirmədə cəmi təxminən 1000 nəfərin peşəkar tələblərə cavab verməsi faktı problemin miqyasını statistik olaraq da təsdiqləyir və bunun lokal deyil, struktur xarakterli məsələ olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, nazirin ibtidai sinif müəllimlərinə xüsusi vurğu etməsi də təsadüfi deyil: “UNESCO və Dünya Bankının hesabatlarına görə, şagirdlərin gələcək akademik nailiyyətlərinin 60 faizə qədəri məhz ibtidai təhsildə formalaşan baza bacarıqları ilə bağlıdır. Əgər bu mərhələdə oxu, yazı, məntiqi düşünmə və dil bacarıqları zəif qurulursa, sonrakı pillələrdə xərclənən resursların səmərəliliyi kəskin azalır. Bu baxımdan, ibtidai sinif müəllimlərinin ilkin hazırlığının prioritet elan edilməsi Elm və Təhsil Nazirliyinin strateji baxımdan düzgün qərarıdır.

Dərsliklərlə bağlı səsləndirilən tənqidlər də reallığa əsaslanır. “Ümumi təhsil haqqında” dövlət standartlarında dərsliklərin şagirdin idrak fəaliyyətini inkişaf etdirməli olduğu açıq şəkildə qeyd olunsa da, mövcud dərsliklərin bir qismi hələ də məlumatyönümlü yanaşma üzərində qurulub. Nazirliyin dərsliklərin yalnız informasiya ötürən deyil, düşüncə formalaşdıran alətə çevrilməsi tələbini irəli sürməsi müasir təhsil fəlsəfəsi ilə tam uyğun gəlir. Bu, Finlandiya və Estoniya kimi ölkələrdə tətbiq olunan yanaşmanın açıq formada etirafıdır və ölkə üçün müsbət istiqamətlənmiş addımdır.

Qiymətləndirmə məsələsində vurğulanan nəticəyönümlü mexanizmlər də sistemin zəif nöqtələrindən birinə işarə edir. Uzun illər formallıq üzərində qurulan qiymətləndirmə müəllimin real kompetensiyasını, şagirdin funksional savadlılığını ölçə bilməyib. Nazirliyin şəffaf, obyektiv və ölçülə bilən qiymətləndirmə sistemləri qurmaq niyyəti OECD-nin “Education 2030" çərçivəsində tövsiyə etdiyi yanaşmalarla üst-üstə düşür və bu, islahatların düzgün istiqamətdə getdiyini göstərir”.

Kamran Əsədova görə, mənfi tərəf ondan ibarətdir ki, bu qədər açıq problemlər uzun illər vaxtında müdaxilə edilmədiyi üçün dərinləşib və onların aradan qaldırılması qısa müddətdə mümkün deyil:  “Müəllim hazırlığı, dərsliklərin yenilənməsi və qiymətləndirmə mədəniyyətinin dəyişməsi zaman, resurs və institusional sabitlik tələb edir. Lakin müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi problemi ört-basdır etmir, statistik göstəricilərlə ictimaiyyətə təqdim edir və məsuliyyəti sistem səviyyəsində qəbul edir. Texnoloji məzun bazasının genişləndirilməsi ilə bağlı vurğular da təhsilin gələcək istiqamətini göstərir. Dünya Bankının məlumatlarına əsasən, 2030-cu ilə qədər yeni iş yerlərinin 75 faizi texnologiya və rəqəmsal bacarıqlarla bağlı olacaq. Bu reallığı nəzərə alaraq, yalnız humanitar deyil, texnoloji ixtisaslar üzrə də keyfiyyətli müəllim və məzun hazırlamaq strateji zərurət kimi ortaya çıxır. Nazirliyin bu balansı açıq şəkildə ifadə etməsi ölkənin inkişaf prioritetləri ilə uzlaşır. Hesab edirəm ki, səsləndirilən fikirlər təkcə tənqid deyil, düzgün diaqnoz və perspektivli yol xəritəsidir. Elm və Təhsil Nazirliyinin son illərdə müəllim amilini mərkəzə çəkməsi, açıq statistikalarla danışması və dünya təcrübəsinə söykənən islahat xətti müəyyən etməsi təhsildə keyfiyyətin real yüksəlişi üçün ciddi əsas yaradır. Bu yanaşma göstərir ki, sistem artıq problemi tanıyır, məsuliyyəti qəbul edir və onu mərhələli şəkildə həll etməyə hazırdır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri