Ruslan Abdullayevə AĞIR CƏZA
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruslan Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Zaur Mirzəbəyov müdafiə çıxışı edib.
Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra məhkəmə Ruslan Abdullayevi 7 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Ruslan Abdullayev ötən ilin fevralında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Baxış sayı:83
Bu xəbər 18 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















