Ruslar təyyarəmizi belə vurub Ukraynadan detallı açıqlama gəldi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan təyyarəsi ilə bağlı Qroznıdakı insident göstərdi ki, hava hücumundan müdafiə sisteminin idarəsinə təlimsiz ekipaj buraxılıb. Onlar hətta hədəfləri belə doğru müəyyən edə bilmirlər”.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı aviaekspert Boqdan Dolontse deyib. Onun sözlərinə görə, hazırkı məsələdə diqqət çəkən məqam rusiyalıların Azərbaycan təyyarəsini vurduqdan sonra ona kömək yerinə naviqasiya sistemini boğmağa çalışmalarıdır. Dolintse məhz bunun Azərbaycan təyyarəsinə ehtiyat aerodromuna təhlükəsiz çatmasına əngəl yaratdığını bildirib:
“Sərnişin təyyarəsinin həcmi PUA-dan onlarla dəfə böyükdür. Aşkaretmə sistemlərində, hava hücumundan müdafiə sistemlərinin radarlarında bu obyektlər böyük fərqlə görünür. Yəni belə obyektləri qarışdırmaq çox çətindir”.
O deyib ki, PUA-nı sərnişin təyyarəsi ilə səhv salıb vurmaq üçün ya bunu etməkdə istəkli olmalısan, ya da zenit raket kompleksinin idarəetməsi faktiki qeyri-peşəkarlara həvalə edilib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















