Ruslar Yeni il tətili üçün bu ölkələrə üz tutacaqlar Azərbaycan var?
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusların Yeni il tətilində üz tutacağı ölkələr bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə TASS “Aviasales” aviabiletlərin alışı xidmətinin araşdırmasına istinadən məlumat yayıb.
Xidmətin məlumatına görə, Yeni il tətili zamanı xaricdə istirahət edən rusiyalıların payı il ərzində 4 faiz bəndi artaraq 29% təşkil edib.
"Rezervasiyaların əksəriyyəti Tailand (11%), Özbəkistan (10%), Türkiyə (8%) və Ermənistanda (7%) olub. Ruslar həmçinin BƏƏ, Qazaxıstan, Belarus (hər biri 6%) və Gürcüstana uçuşlar planlaşdırır (5%). Sonrakı yerlərdə İndoneziya və Çindir (hər biri 4%).
Araşdırmaya görə, ruslar orta hesabla 10 gün, Tailand və İndoneziyada isə 17 gün istirahət etməyi planlaşdırırlar. Eyni zamanda, aviabiletlərin 12%-i uşaqlı sərnişinlər üçündür. Ailələr üçün ən əlverişli istiqamətlər BƏƏ, Tailand və Vyetnam olub - hər beşinci şəxs ora uşaqları ilə gedəcək.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















