Ruslar Zaporojyedə həbsxananı bombalayıb Xeyli sayda məhbus həlak olub + VİDEO
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rus ordusunun Ukraynanın Zaporojye vilayətində yerləşən Bilenke cəzaçəkmə müəssisəsinə endirdiyi hava zərbəsi nəticəsində 17 məhkum həlak olub, 42-si isə yaralanıb.
Bu barədə Ukrayna Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həbsxanaya dörd bomba düşüb. Qeyd olunub ki, hücum zamanı yaralanan məhbusların bir hissəsinin vəziyyəti ağırdır və onlar xəstəxanalara təxliyə olunublar. Bombardman nəticəsində cəzaçəkmə müəssisəsinin ərazisindəki binalarda ciddi dağıntılar yaranıb.
Nazirlik bildirib ki, bu hücum Rusiya Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüququ növbəti dəfə açıq şəkildə pozduğunu göstərir. Qeyd olunub ki, cəzaçəkmə müəssisələri də daxil olmaqla mülki infrastrukturun bombalanması müharibə cinayəti hesab olunur.
Qeyd edək ki, Zaporojye vilayəti 2022-ci ildən bəri Rusiya tərəfindən birtərəfli qaydada ilhaq olunmuş dörd Ukrayna bölgəsindən biri hesab edilir. Lakin ərazinin əhəmiyyətli hissəsi hələ də Ukraynanın nəzarətində qalır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















