Icma.az
close
up
RU
Rustaveli Bakının mədəni yaddaşında: Doğru ünvan Şahbaz Xuduoğlu

Rustaveli Bakının mədəni yaddaşında: Doğru ünvan Şahbaz Xuduoğlu

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Şota Rustavelinin abidəsinin milli kitabxanamızın fasadında qoyulması normaldır  Bakı ümumiyyətlə, Qafqazın mərkəzidir. Bir vaxtlar Tifis mədəni mərkəz sayılırdı. Amma indi Bakıdır mərkəz

Paytaxtımızda qonaq olan gürcü turistlər M.F. Axundov adına Azərbaycan Milli Dövlət Kitabxanasının fasadındakı – eyvanında heykəllər arasında Şota Rustavelinin abidəsini görüb heyran qalıblar. Gürcü turistlər fəxrlə, qürur hissi ilə “bizim dahi Şota Rustavelinin abidəsi var burada” deyə, abidənin görüntülərini paylaşıblar. Qısaca məlumat verək ki, Axundov adına kitabxana binasının tikintisinə 1950-ci illərdə görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında başlanılıb, 1960-cı ildə isə açılışı olub. Binanın fasadında Azərbaycanın və dünyanın dahi şəxsiyyətlərinin heykəlləri ucaldılıb.

Ön - əsas fasadda 9 abidə - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Puşkin, Dmitri Mendeleyev və gürcü şairi Şota Rustavelinin abidələridir. Sonrakı illərdə binanın yan fasadında da bir neçə abidə qoyulub. Bunlar Əcəmi Naxçıvani, Mirzə Ələkbər Sabir, Soltan Məhəmməd, Bülbül, Niyazi, Rəsul Rzanın heykəlləridir. Niyə məhz Şota Rustaveli görkəmli klassiklər arasında yer alıb? Xalqımızın qonşu xalqlar, ölkələr və dövlətlərə daim mehriban, səmimi münasibət bəslədiyi danılmazdır. Hərçənd qarşı tərəfdən eyni dərəcədə mehribanlıq, səmimiyyət, hörmət gördüyümüzü çox da söyləyə bilmərik. Hələ yaxşı ki, erməni şair və yazıçılarından kiminsə heykəlini qoymayıblar. Yoxsa indi yeri boş qalmışdı. Biz tolerant xalqıq. Olsun, Şota Rustavelinin abidəsi də, başqasının da. Amma dünya mədəniyyətinə yüksək dəyər verdiyimiz halda qarşılıq olaraq eyni münasibət görürükmü, bu sual ətrafında düşünməliyik.  

“Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında bildirdi ki, Şota Rustavelinin abidəsinin Azərbaycan mütəfəkkirləri, klassikləri arasında yer alması təsadüfi sayılmaz: 

- Necə ki Nizami Gəncəvi dünya poeziyasının günəşi hesab edilir, Şota Rustaveli adı da dünyəvidir. O, ömrünün bir hissəsini Yerusəlimdə yaşayıb. Elə orda da dünyasını dəyişib. Mənbələrdə belə məlumatlar var ki, Şota Rustaveli Gürcüstanl tərk edib Yerusəlimə gedir, dünyəvi həyatdan uzaqlaşır, özünü dinə bağlayır, orada Xaç monastırının bərpasına və maliyyələşməsinə rəhbərlik edir, elə orada da dəfn edilir. Mən o monastırda olmuşam. Yəni, Şota Rustavelinin abidəsinin bizim milli kitabxanamızın fasadında qoyulması normaldır. Bakı ümumiyyətlə, Qafqazın mərkəzidir. Bir vaxtlar Tifis mədəni mərkəz sayılırdı. Amma indi Bakıdır mərkəz. Şota Rustavelinin yaradıcılığı dünyəvi mirasdır. Bu mənada dünyəvi mirasa hamı sahiblənə bilər. Necə ki Homerin, Heredotun büst və ya heykəllərini başqa ölkələrdə, başqa şəhərlərdə görürük. Məsələn, Herodotun İzmirdə heykəli var. Hesab edirəm ki, Şota Rustavelinin heykəlinin Bakıda olması milli identikliyə o qədər də sirayət etmir. Gürcülər özlərini Şota Rustaveli ilə ifadə edir. Onun məşhur eposunda hər kəs özündən nəsə tapa bilər. Klassika da elə bu deməkdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri