Icma.az
close
up
RU
Rüstəm Kasımcanov: Nəyə görəsə mənə elə gəlir ki, Bakıda hamı qalib gəldi

Rüstəm Kasımcanov: Nəyə görəsə mənə elə gəlir ki, Bakıda hamı qalib gəldi

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Bakıya səfər etmək hər zaman xoşdur”.

Gununsesi.info xəbər verir ki, bunu “Çempionların savaşı” turnirində Azərbaycan çempionu Rauf Məmmədova blits və rapid yarışlarının yekununda uduzan özbəkistanlı şahmatçı Rüstəm Kasımcanov deyib.

46 yaşlı qrossmeyster Bakıda çox olduğunu bildirib: “Burada çoxlu turnirlər, hətta 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, Qran prilər keçirilib. 20 il əvvəl burada Şəhriyar Məmmədyarovla nümunəvi oyun keçirmişdik. Bakıdan şahmatla bağlı çoxlu xatirələrim var. Azərbaycanda görkəmli şahmat məktəbi, istedadlı kişi və qadın şahmatçılar var. Bunlar çox alqışalayiqdir”.

Beynəlxalq Şahmat Federasiyasının versiyası üzrə dünya çempionu yenidən növbəti Azərbaycan çempionu ilə oynamaqdan məmnunluq ifadə edib. O, məğlubiyyətə baxmayaraq, dostluğun qalib gəldiyini bildirib: “Rauf Məmmədovla müxtəlif turnirlərdə oynamışdıq, bu dəfə də xeyli maraqlı oldu. Böyük məmnuniyyətlə oynadım. İlk növbədə, Raufu layiqli qələbə münasibətilə təbrik edirəm. Lakin mənə nəyə görəsə elə gəlir ki, hamı qalib gəldi. Hadisənin özü hamımız üçün böyük qələbədir. Belə dostluq ab-havasında oynamaq çox xoş idi. Dostluq qalib gəldi”.

Kasımcanov rapid və blitsin fərqindən də danışıb: “Hamı deyir ki, şahmatçılar oturub uzun müddət düşünürlər. Rapid isə adi şahmatın daha tez versiyasıdır. Çünki şahmatçılara cəmi 10 dəqiqə vaxt verilir. Bu zaman xeyli çətin qərarlar qəbul olunur, hər şey daha tez baş verir. Blits isə daha tez oynanılan şahmat növüdür. Tərcüməsi almancadan “şimşək” deməkdir. Qərarı da ildırım sürəti ilə qəbul etmək lazım gəlir. Hər bir rəqibin 3 dəqiqə vaxtı olur. Bu zaman kəsiyində çoxlu gediş etmək lazım gəlir. Nəticədə bu oyunu keçirmək və baxmaq daha maraqlıdır”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Aprel 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri