Blitsdə Xaqan, rapiddə Rüstəm qalib gəldi
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Lankaran Open” şahmat festivalı çərçivəsində sürətli şahmat üzrə turnir keçirilib.
Blits yarışında Xaqan Əhməd qalib olub. O, doqquz oyunda 7,5 xal toplayıb və əlavə göstəricilərə görə Rüstəm Rüstəmovu qabaqlayıb. Murad İbrahimli onlardan yarım xal geri qalaraq 3-cü yerlə kifayətlənib.
Rapid turnirində isə Rüstəm Rüstəmov yeddi oyunda 6 xal toplayaraq birinci olub. Əlavə göstəricilərə görə o, Əsgər Rzayevlə Tunar Davudovu qabaqlayıb.
“Lankaran Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
Baxış sayı:106
Bu xəbər 13 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















