Icma.az
close
up
RU
Rüstəm Muradova yüksək vəzifə verildi

Rüstəm Muradova yüksək vəzifə verildi

Rusiya Qəhrəmanı general-polkovnik Rüstəm Muradov Quru Qoşunlarının Baş komandanının müavini vəzifəsinə təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı RBC-yə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.

Qeyd edək ki, 2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur.

Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb.

Xatırladaq ki, Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında "Şərq" Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.

Rüstəm Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı olub.
Milli.Az 

seeBaxış sayı:52
embedMənbə:https://news.milli.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri