Rüstəm Samiqullin “Karvan Yevlax”a keçdi
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan futbolunda növbəti transfer rəsmiləşib. Son olaraq “Cəbrayıl”ın formasını geyinən qapıçı Rüstəm Samiqullin karyerasını “Karvan-Yevlax”da davam etdirəcək.
İdman.Biz xəbər verir ki, Yevlax təmsilçisi qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Sabah”ın yetirməsi olan Samiqullin karyerası ərzində bir neçə Azərbaycan klubunda çıxış edib. O, 2024/25 mövsümündə icarə əsasında “Neftçi”nin formasını geyinib, daha sonra “Sabah”dan ayrılaraq “Cəbrayıl”a keçib.
Samiqullin aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına da dəvət alıb. Qapıçı Azərbaycan U-20 millisinin heyətində beynəlxalq oyunlarda iştirak edib.
Bu mövzuda digər xəbərlər:Karvan Yevlax Sabah a qarşı
05 Oktyabr 2025 08:30
Neftçi Karvan Yevlax a qarşı
27 Sentyabr 2025 09:31
“Karvan Yevlax” “Sumqayıt”a qarşı
07 Mart 2026 09:10
“Qarabağ” “Karvan Yevlax”a qarşı
06 Aprel 2026 10:24
“Sumqayıt”dan ayrılıb, “Karvan Yevlax”a keçdi
03 Yanvar 2026 21:57
Baxış sayı:51
Bu xəbər 07 Avqust 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















