Rüşvət alan hakim məhkəmə zalında həbs edildi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Bərdə Rayon Məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun məhkəməsi başa çatıb.
"Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Bu cinayətinə görə hakimlikdən çıxarılan hüquqşünas cinayət məsuliyyətinə cəlb edilsə də, həbs edilməmişdi. Onun nüfuzu və bəlli yaşayış yeri olması nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Keçmiş həmkarının işini araşdıran Dadaş İmanovun sədrlik etdiyi hakimlər verilmiş ittihamların sübuta yetirildiyi qənaətinə gəliblər.
Amma eks hakimə ittiham edildiyi maddənin sanksiya həddindən aşağı cəza verilib. Külli miqdarda rüşvət alma maddəsinin sanksiya həddi 8 ildən 12 ilədək azadlıqdan məhrum etmədir.
Hökmə əsasən Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.
Qeyd edək ki, eks hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün Məhkəmə-Hüquq Şurasının 21 qərarı ilə səlahiyyət müddəti uzadılmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Yanvar 2025 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















