Icma.az
close
up
RU
“Ryanair” aviaşirkəti əl yükünə nəzarət qaydalarını sərtləşdirir

“Ryanair” aviaşirkəti əl yükünə nəzarət qaydalarını sərtləşdirir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 3 sentyabr, AZƏRTAC

“Ryanair” aviaşirkəti icazə verilən ölçülərdən daha böyük əl yüklərinin təyyarələrin salonlarına keçirilməsinə nəzarət tədbirlərini sərtləşdirəcək.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə şirkətin rəhbəri Mayk O`Liri məlumat verib.

O, çox ağır və ya böyük əl yükü aşkarlayan yer xidmətləri əməkdaşlarına daha yüksək mükafat veriləcəyini açıqlayıb. Əməkdaşların aşkarladıqları artıq ölçülü hər yük üçün aldıqları bonusun məbləği noyabrdan etibarən 1,5 avrodan 2,5 avroya qaldırılacaq və bununla bağlı məhdudiyyət ləğv ediləcək. Artıq yükü aşkarlanan sərnişinlər isə yüksək miqdarda əlavə baqaj haqları ödəməli olacaqlar.

Almaniyanın təyyarə bələdçiləri həmkarlar ittifaqı “Ryanair”in sərtləşdirilmiş nəzarət qaydalarının əlavə problemlər yarada biləcəyini qeyd edib. “Ryanair” isə sərtləşdirilmiş nəzarəti proseslərin sürətləndirilməsi zərurəti ilə əsaslandırır. Bütün əl yükləri uçuşdan əvvəl təhlükəsiz şəkildə salonlarda yerləşdirilməlidir. Əlavə sayda və ya normadan artıq ölçüdə baqajın olması isə bahalı gecikmələrə səbəb ola bilər.

Digər aşağı büdcəli aviaşirkətlər kimi, “Ryanair” də ən ucuz tariflərdə yalnız oturacağın altına yerləşən kiçik əl yükünə pulsuz icazə verir. ƏL yükü kimi götürülən standart çamadanları isə yalnız əlavə ödənişlə salona götürmək mümkündür.

Bu, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların və Avropa Parlamentinin tənqidinə səbəb olub. Almaniyanın İstehlak Mərkəzləri Federal Birliyi “qanunsuz” əl yükü haqlarına görə avqustda bir neçə aviaşirkətə qarşı məhkəmə iddiası qaldırıb. Birliyin təmsilçisi Ramona Pop bununla bağlı açıqlamasında “Ryanair”, “EasyJet” və digər aviaşirkətlərin bütün müvafiq əl yükünü əhatə etməyən biletlərlə müştəriləri aldatdıqlarını, bunun isə istehlakçıların çaşdırılması və müvafiq qanunlara zidd olduğunu bildirmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri