Icma.az
close
up
RU
Rza Çalımbay: “Qarabağ”ın Avropada əldə etdiyi nəticələr hər birimizi qürurlandırır EKSKLÜZİV MÜSAHİBƏ

Rza Çalımbay: “Qarabağ”ın Avropada əldə etdiyi nəticələr hər birimizi qürurlandırır EKSKLÜZİV MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 19 noyabr, Cavid Əliyev, AZƏRTAC

Türkiyəli tanınmış mütəxəssis, vaxtilə “Beşiktaş”da baş məşqçi işləmiş Rza Çalımbay AZƏRTAC-a eksklüziv müsahibə

- Uzun illərdir “Qarabağ” komandası Azərbaycanı Avropada uğurla  təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlı olardı...

- “Qarabağ”ın Avropada əldə etdiyi nəticələr hər birimizi qürurlandırır. Qurban Qurbanovun komandası ildən-ilə inkişaf edir. Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı matçlarını izləyirəm. Heyətində çox yaxşı oyunçular var. Sevindirici haldır ki, legionerlərlə yanaşı, yerlilər də özlərini yaxşı tərəfdən göstərirlər.

- “Sivasspor”un baş məşqçisi olduğunuz dönəmdə, daha dəqiq desək, 2020-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmusunuz. Həmin matçları necə xatırlayırsınız?

- “Qarabağ” o zaman da güclü heyətə malik idi. Bildiyiniz kimi, həmin il dünyada COVİD-19 pandemiyası yayılmışdı. Bu, futbola da mənfi təsir etmişdi. Buna baxmayaraq, həmin görüşləri yaddaşımda xoş xatirə kimi saxlayıram.

- “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu İtaliyada “Napoli”yə qarşı keçirəcək. Şansları necə qiymətləndirirsiniz?

- “Napoli” dünya futbolunda adından söz etdirən komandadır. İtaliyada önəmli nüfuza sahibdir. “Qarabağ” “Çelsi” ilə oyunda sərgilədiyi performansı Neapoldakı matçda da göstərsə, rəqibindən xal ala bilər. Çətin olacaq, lakin futbolda mümkünsüz heç nə yoxdur. “Qarabağ” bunu dəfələrlə sübut edib. Bu komandanı Azərbaycanda çox sevirlər. Elə biz də sevirik.

- Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?

- Xeyr, heç bir təklif olmayıb. Mənə görə, Azərbaycan və Türkiyə futbol baxımından da bir-birindən faydalanmalıdır. Məsələn, bizdən Azərbaycana, sizdən isə Türkiyəyə məşqçi və futbolçular getməlidir. Bu hal hər iki ölkənin futboluna müsbət təsir edəcək. Azərbaycan da bizim vətənimizdir. Amma görürəm ki, bəzi hallarda yığmaya əcnəbi mütəxəssislər cəlb olunur.

- Azərbaycan futbolunun hazırkı potensialı barədə nə düşünürsünüz?

- Sizdə hər zaman yaxşı futbolçular olub. İndi yerli çempionatda yaxşı komandalar və yerli məşqçilər var. Biz o vaxt “Sivasspor” klubunda müəyyən plan cızdıq və bunun nəticəsində Avropa Liqasına vəsiqə qazandıq. Bunu Azərbaycan komandaları da edə bilərlər. Çünki potensial var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri