Icma.az
close
up
RU
“Saakaşvilinin dedikləri reallığı əks etdirmir” Gürcü ekspert

“Saakaşvilinin dedikləri reallığı əks etdirmir” Gürcü ekspert

Icma.az, Metbuat saytına istinadən bildirir.

Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı “Gürcüstan üçün geosiyasi fəlakət” adlandırıb. Onun sözlərinə görə, saziş Zəngəzur dəhlizinin 100 illik icarəyə verilməsini və Gürcüstan, İran, Rusiyadan yan keçən yeni tranzit xəttinin açılmasını nəzərdə tutur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Badri Naçkebia bildirib ki, Saakaşvilinin bu prosesin geosiyasi fəlakət olduğu fikri gerçəkliyi əks etdirmir:

“Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox siyasətçilər və ekspertlər mövqelərini bildiriblər. Fakt odur ki, bu dəhliz ilk növbədə hər üç Cənubi Qafqaz respublikasına dinc yanaşı yaşamaq və əməkdaşlıq imkanı yaradacaq. İndiki dövrdə “Zaqafqaziya” anlayışı yerini “Cənubi Qafqaz” ifadəsinə verib. Onsuz da gec-tez bu dəhlizin açılması qaçılmaz idi. Əsas məqam Çindən Avropaya gedən bütün malların marşrutlarının diversifikasiyasıdır. Düşünürəm ki, kifayət qədər yük həcmi olacaq. Keçidlərin və limanların ötürücülük qabiliyyətini artırmaqla yük axınını daha da genişləndirmək mümkündür. Bu da, yeni geosiyasi konfiqurasiyaların yaranmasına səbəb ola bilər. Məsələn, bildiyiniz kimi, hazırda Sankt-Peterburq limanına yönələn yüklərin bir hissəsi üçün Çin tərəfi öz limanını inşa etməyi planlaşdırır. Bu baxımdan, Gürcüstanla Çin arasında yeni geosiyasi maraqların formalaşmasını istisna etmirəm”.

Abxaziya və Rusiya faktorlarına da diqqəti çəkən Badri Naçkebia hesab edir ki, bu sahədə maraqların üst-üstə düşdüyü məqamlar mövcuddur.

“ABŞ hərçənd siyasi liman məsələsini açıq şəkildə gündəmə gətirməsə də, Saakaşvili dövründə – təxminən doqquz il ərzində heç olmasa layihə mərhələsini başlaya bilərdi. Lakin amerikalıların bu istiqamətdə marağı zəif idi.

Belə şəraitdə Anakliya limanı layihəsində Gürcüstan-Azərbaycan əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Poti şəhərindəki terminalda da Azərbaycanın maraqları mövcuddur və bu maraqlar yeni investisiyalarla daha da genişlənə bilər. Anakliya limanı hər iki tərəf üçün strateji əhəmiyyət daşıyacaq və qarşılıqlı fayda gətirəcək. Başqa alternativ yoxdur – Gürcüstan və Azərbaycan Cənubi Qafqazın əsas strateji tərəfdaşları olaraq qalmalıdır”.

Siyasi şərhçi hər iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. O qeyd edib ki, əməkdaşlıq vektoru dəyişməyib:

“Hesab edirəm ki, Azərbaycan bölgədə əsas strateji mərkəzlərdən biridir və Gürcüstanın heç bir şəkildə zərər görməməsi üçün yük axınlarını diversifikasiya etmək imkanına malikdir. Sazişlərin imzalanmasından sonra Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın daha da dinamik inkişaf edəcəyinə inanıram”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Avqust 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri