Saar: Danışıqlar yoxdur, hücumlar davam edəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
İsrailin Xarici İşlər Naziri Gideon Saar, İranla qarşıdurmanın sona çatmasına dair hər hansı bir müzakirənin aparılmadığını və Təl-Əvivin hücumlarını davam etdirəcəyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumata görə, Saar bəzi xarici ölkələrin İsraildəki səfirlərinə, İranın cavab hücumu zamanı zərbə alan Bat Yam şəhərində məlumat verib.
İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara toxunan Saar, İsrail ictimaiyyətinin "böyük əksəriyyətinin" bu hücumları dəstəklədiyini qeyd edib.
Saar, İrana qarşı əməliyyatların davam edəcəyini vurğulayaraq, “Bilmənizi istəyirəm ki, heç bir danışıqlar aparılmır və hədəflərimizə çatana qədər əməliyyat davam edəcək,” – deyə bildirib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















