Saatlıda “Mercedes” hasara çırpıldı Ölən var
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Saatlıda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə oktyabrın 7-də saat 20:45 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhərindən keçən hissəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Məmmədov Rəhman Möhsüm oğlu idarə etdiyi "Mercedes-Benz C180" markalı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sol tərəfindəki işıq dirəyinə, daha sonra isə istirahət parkının ətrafına quraşdırılmış dəmir-beton hasara çırpılıb.
Nəticədə avtomobildəki sərnişinlər - Könül Məmmədova və Bahar Məmmədova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bahar Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 08 Oktyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















