Saatlıda narkotik bitkilərin gizli yetişdirilməsi üçün istifadə edilən tunel aşkarlanıb VİDEO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Saatlıda narkotik satan şəxslər saxlanıldı
18 Yanvar 2025 09:19
Saatlıda evin zirzəmisindən külli miqdarda narkotik çıxdı VİDEO
18 Yanvar 2025 09:42
Saatlıda həyətdə külli miqdarda marixuana aşkarlanıb
19 May 2025 17:02
Saatlıda narkotik çəkib maşın sürənlər TUTULDU FOTO
07 Fevral 2025 09:02
Saatlıda ev yanıb
18 Fevral 2025 08:50

