Icma.az
close
up
RU
Saatlıda yolları vaxtilə zapçast satan şirkət təmir edəcək 785 minlik müqavilə

Saatlıda yolları vaxtilə zapçast satan şirkət təmir edəcək 785 minlik müqavilə

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Saatlı Rayon İcra Hakimiyyəti Saatlı şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Rapid Services Azerbaijan” MMC seçilib. Şirkətin qiymət təklifi 785 163,74 manat olub. Bu məbləğ ehtimal olunan qiymətdən 25 500,98 manat başqa sözlə 3,15 faiz azdır.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Rapid Services Azerbaijan" MMC 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi, ev 55, məhəllə 1145, "AGA Center”də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəcəfov Elnur Ələddin oğludur. 


Elnur Nəcəfov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətə Fərhadlı Nuru Novruz oğlu rəhbərlik edib. Onun da haqqında hər hansı məlumata rast gəlinmir. 

Araşdırmalarımız zamanı məlum olub ki, şirkət 2021-ci ilədək "Universal Motors” MMC adı ilə fəaliyyət göstərib. Şirkət vaxtilə nəqliyyat ehtiyyat hissələrinin satışı ilə məşğul olub. Amma maraqlıdır ki, "Universal Motors” MMC profilinə uyğun olmayan satınalma predmetləri ilə bağlı keçirilən tenderlərdə qalib seçilib. 

Məsələn, 2021-ci ildə Şabran Suvarma Sistemləri İdarəsi ilə şirkət arasında təmir üçün inşaat mallarının satın alınması ilə bağlı 238 374,69 manatlıq satınalma müqaviləsi bağlanıb. 

2021-ci ildən "Rapid Services Azerbaijan” MMC-yə çevrilən şirkət indiyədək 11 tender qazanıb. Bu tenderlər satınalma predmetlərinə diqqət etdikdə "Rapid Services Azerbaijan” MMC-nin tender oyunlarında istifadə etmək üçün yaradıldığına şübhələr artır.

Təsəvvür edin, yol təmir edən şirkət həm də "Bakı Metroöoliteni” QSC-yə sanitar-gigiyenik məhsullar satır. Yaxud başqa bir qurum şirkətdən elektrik lampası alır. 

"Rapid Services Azerbaijan” MMC haqqında açıq mənbələrdə məlumatlar məhdud olduğu üçün şirkətin maddi-texniki bazasının öhdəlikləri icra etmək üçün yetərli olub-olmadığı məlum deyil. 


Saatlı Rayon İcra Hakimiyyətinin tarixçəsi müəmallarla zəngin olan bir şirkətlə yol infrastrukturunu etibar etməsi maraqlı görünür. Adətən bu tip sövdələşmələr tərəflər arasında qaranlıq münasibətlərin nəticəsi kimi ortaya çıxır. Bu dəfə də oxşar vəziyyətdirmi? Bu suala Saatlı Rayon İcra Hakimiyyəti aydınlıq gətiməli olsa da, qurumla danışmaq mümkün olmayıb. 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri