Sabah Ağdaş, Şəki və Qəbələdə qaz olmayacaq
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələrində və rayonun Qarasuqumlaq kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin oktyabrın 1-də saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev və İ.B.Qutqaşınlı küçələrində qaz təchizatında fasilə yaranacaq.
Bundan başqa, sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Baltalı kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Sentyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















