Sabah Bakıya qar yağacaq? Milli Hidrometeorologiya Xidməti məlumat yaydı
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hava proqnozuna görə 15 yanvar tarixində Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.
Sabah Bakıda qarlı hava gözlənilirmi? Ümumiyyətlə qar yağacaq? Bu mövzu ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Referans.az-ın suallarını cavablandırıb. Gülşad Məmmədova bildirib ki, hava proqnozu ilə bağlı məlumatlar iki gün əvvəldən planlaşdırılır.
"15 yanvar 2025- ci il tarixində Bakıda qar yağacağı barədə bizdə hələlik heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ölkəmizin bəzi dağlıq ərazilərində qar yağacağı ilə bağlı proqnozlarımız var. Qəfil və kəskin hava dəyişikliyi ilə bağlı hər hansısa bir xəbər olacağı təqdirdə dərhal tərəfimizdən media vasitəsilə ictimaiyyətə məlumat veririk", - deyə Gülşad Məmmədova qeyd edib.
Bünyamin Bünyadzadə
Baxış sayı:76
Bu xəbər 14 Yanvar 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















