“Sabah” baş məşqçisinə vaxt verib müqaviləsinə xitam verilə bilər İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının son 6 turunda qələbə qazana bilməyən “Sabah”da Krunoslav Renduliçin taleyi sual altına düşüb.
İdman.biz xəbər verir ki, bu müddətdə 2 məğlubiyyətlə üzləşən və 4 heç-heçə edən “bayquşlar” tezliklə baş məşqçisi ilə vidalaşa bilər.
Hər halda klub rəhbərliyi xorvatiyalı mütəxəssisin fəaliyyətindən kəskin narazıdır. Onunla bu məqsədlə görüş keçirilib, qeydə alınan nəticələrdən narahatlıq ifadə olunub.
Balkanlı çalışdırıcı səbəb kimi bəxtsizliyi və zəddəli futbolçuların çoxluğunu göstərib, fəqət, onun söylədikləri rəsmiləri qane etməyib.
Qarşıdakı 2 tur bu mənada Renduliç üçün həlledicidir. Əgər o, komandanı düşdüyü vəziyyətdən çıxarmasa, müqaviləsinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılacaq (sportinfo.az).
Qeyd edək ki, Bakı təmsilçisi 13 tura 18 xal toplayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















