Sabah bələdiyyə seçkiləri ilə əlaqədar təşviqatın aparılmasına başlanacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır .
Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanacaq, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















