Sabah bizdən daha güclüdür Saşa İliç
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sumqayıt" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Sabah"a 1:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"İlk növbədə "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Onlar hazırda çempionluq uğrunda mübarizə aparan iddialı kollektivdir. Reallığı qəbul etməliyik ki, rəqib bizdən daha güclüdür".
Mütəxəssis müdafiə xəttində yol verilən kobud səhvlərə və fərdi çıxışlara da toxunub:
"Müdafiədə səhvə yol verən oyunçumuz hələ gəncdir və kifayət qədər təcrübəyə malik deyil. Lakin buna baxmayaraq, meydanda hər zaman məsuliyyətli davranmaq lazımdır. Xüsusilə müdafiə xəttində çıxış edərkən diqqətli olmaq vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Mart 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















