Icma.az
close
up
RU
Sabah bizdən elə də fərqi olmayan komandadı Qurban Qurbanov

Sabah bizdən elə də fərqi olmayan komandadı Qurban Qurbanov

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Mayın 31-də ölkə kubokunun finalı çərçivəsində “Qarabağ” - “Sabah” matçı keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Federasiyaya təşəkkür edirəm. Çox işlər görüldü. İşlərin görünməyən tərəfləri var. Narahatlığınız, maraqlanmağınız sizin nə qədər məsuliyyətli olmağınızdan xəbər verir. Matça gəlincə, final oyunlarında bütün azarkeşlər bir yerə yığılır. Bayram kimidi. Hər komandanın öz azarkeşi var. Amma stadionda neytral tərəfdarlar da olacaq. Onlar yaxşı futbola baxmaq istəyəcək. Biz də çalışacağıq ki, yaxşı oyun göstərək. Həmişə demişəm ki, kubok oyunu əsl prestijdi. İstərdik ki, kuboku da qazanaq. Qarşımızda fərqli komanda var. Son vaxtlar iddialı görünürlər. Gələcək üçün böyük işlər görürlər. Beşinci yerdə olsalar da, o yerə layiq deyillər. Vasili Berezutski də deyib ki, kuboka kökləniblər. Möhkəm kollektivdilər. Belə komandalara qarşı oynamaq bizim üçün xoşdu. Hər iki komandaya uğurlar arzu edirəm.
- Üç dəfə Berezutski ilə üz-üzə gəlmisiz, heç birində qələbə qazana bilməmisiz...
- Bizə qarşı çox diqqətlə müdafiə olurlar. Bu gün liderik. Liderə qarşı istənilən komanda daha istəkli olur. Biz də bunu keçmişik. Bu gün də Avropada böyük klublara qarşı oynayanda motivasiyamız daha yüksək olur. “Sabah” beşinci yerə layiq deyil. Bizdən elə də fərqi olmayan komandadı.
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu haqda fikirləriniz?
- Çox müsbət. Biz orda oynayanda yeddi-səkkiz min azarkeş olub. Futbolçularım üçün uğurlu stadiondu.
Bəhlul Mustafazadə də oyunla bağlı fikirlərini bildirib:

"Düşünürəm ki, bizə qarşı yaxşı təşkilatlanmış “Sabah” olacaq. İlk titullarını qazanmaq istəyirlər. Biz isə titullarımızın sayını artırmaq istəyirik".


MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri