Sabah bu gün Bakı Olimpiya Stadionunda ilk məşqinə ÇIXACAQ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya” klubunu qəbul edəcək “Sabah”ın Bakı Olimpiya Stadionundakı (BOS) ilk məşqinin vaxtı dəqiqləşib.
Redaktor.az xəbər verir ki, dünəndən Şüvəlandakı bazasında hazırlıqlara start verən Valdas Dambrauskasın başçılıq etdiyi komanda bu gün axşam saatlarında test xarakterli ilk məşqinə çıxacaq.
Klub rəsmisi bildirib ki, Bakı Olimpiya Stadionunda hazırlıq prosesi yekunlaşmaq üzrədir:
“Stadionda əsas işlər tamamlanıb. Komandamız matçdan bir gün öncə son məşqini orada keçirəcək”.
Klub rəsmisi, həmçinin Çexiya təmsilçisinin Bakıya gətirəcəyi azarkeş sayı barədə də məlumat verib:
“Rəqib bizdən 3 675 bilet istəyib. Lakin onlardan neçəsinin satılacağı və ümumilikdə neçə azarkeşin gələcəyi barədə dəqiq məlumatımız yoxdur”.
Oyundan öncə rəqibin baş məşqçisi Yindrjix Trpişovskinin mətbuat konfransı da oktyabrın 12-də Bakıda baş tutacaq.
Xatırladaq ki, "Sabah" – "Slaviya" matçı oktyabrın 13-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 08 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















