Sabah bu transferdən 5 milyon qazanacaq
Fanat saytına istinadən Icma.az xəbər verir.
Ötən yay Fransanın "Lill" klubundan icarə əsasında "Sabah"a keçən, yanvarda isə transfer hüquqları birdəfəlik əldə olunan Aaron Maluda karyerasını İsveçrə çempionatında davam etdirəcək.
Fanat.Az Fransanın nüfuzlu "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı fransalı vinger "Bazel" klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Hər iki klub rəhbərliyi arasında aparılan intensiv danışıqlar müsbət yekunlaşıb və tərəflər 3 milyon avro (5.520.000 manat) qarşılığında sövdələşməni tamlaşdırıblar.
Fransa U-19 millisinin sabiq üzvü geridə qalan mövsümdə Masazır təmsilçisinin düşərgəsində nümayiş etdirdiyi parlaq oyunla diqqət mərkəzinə düşüb. Paytaxt klubunun forması ilə meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan gənc hücumçu komandanın aparıcı qüvvəsinə çevrilmişdi.
Bu transfer Azərbaycan Premyer Liqasından Avropanın köklü klublarına reallaşan ən diqqətçəkən keçidlərdən biri kimi qiymətləndirilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 İyul 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















