Icma.az
close
up
RU
“Sabah” UEFA dan minimum 8,98 milyon avro qazanacaq

“Sabah” UEFA dan minimum 8,98 milyon avro qazanacaq

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın “Sabah” futbol komandası Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə UEFA-dan minimum 8,98 milyon avro (təxminən 17,9 milyon AZN) gəliri təmin edib.

İdman.Biz xəbər verir ki, bu məbləğ “Sabah”ın pley-offda İsrailin “Hapoel Beer-Şeva” komandasına uduzacağı və daha sonra Avropa Liqasının əsas mərhələsində səkkiz oyunun hamısında məğlub olacağı ən pis ssenari üzrə hesablanıb.

Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran klublara 4,29 milyon avro (təxminən 8,51 milyon AZN) ödənilir.

Belə komandalar avtomatik olaraq Avropa Liqasının əsas mərhələsinə düşürlər. Burada iştiraka görə əlavə 4,31 milyon avro (təxminən 8,55 milyon AZN) nəzərdə tutulur. Hətta “Sabah” səkkiz matçın hamısında uduzaraq 36-cı yeri tutsa belə, turnir cədvəlindəki mövqeyinə görə daha 75 min avro (təxminən 149 min AZN) əldə edəcək.

Bundan başqa, klub əmsalı, televiziya bazarı və digər kommersiya göstəriciləri ilə bağlı ödənişlər də nəzərə alınır. Hesablamalara görə, “Sabah” bu istiqamətdə minimum 307 min avro (təxminən 609 min AZN) qazana bilər.

Beləliklə, Azərbaycan çempionunun Çempionlar Liqasının pley-offuna yüksəlməklə təmin etdiyi minimum gəlir 8,98 milyon avroya çatır.

“Sabah” “Hapoel Beer-Şeva” səddini keçərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazansa, rəqəmlər daha da artacaq. Bu halda klubun minimum gəliri 20,17 milyon avro (təxminən 40 milyon AZN) təşkil edəcək.

Əsas mərhələyə vəsiqənin özü “Sabah”a 18,62 milyon avro (təxminən 36,95 milyon AZN) qazandıracaq. Komanda səkkiz oyunun hamısında məğlub olaraq sonuncu - 36-cı pilləni tutsa belə, əlavə 275 min avro (təxminən 546 min AZN) əldə edəcək.

Klub əmsalı və yayım bazarı ilə bağlı ödənişlər isə bu ssenaridə minimum 1,28 milyon avro (təxminən 2,54 milyon AZN) həcmində qiymətləndirilir.

Beləliklə, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyi halda heç bir xal qazanmadan belə UEFA-dan minimum 20,17 milyon avro gəlir əldə edə bilər.

Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün pley-off oyunları 18-19 və 25-26 avqust tarixlərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Avqust 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see227

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see176

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see175

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see172

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see172

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see171

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see171

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see168

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see167

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see163

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see161

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see159

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see159

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see158

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see155

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see154

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see152

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see152

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see150

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri