“Sabah“ Çempionlar Liqasında tarix yazmağa hazırlaşır
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Moderator.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka təmsilçisi "Orhus"un qonağı olacaq.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.
Randers stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" əvvəlki təsnifat mərhələlərində Uels təmsilçisi TNS və Finlandiyanın "KuPS" komandalarını mübarizədən kənarlaşdıraraq III təsnifat mərhələsinə yüksəlib.
"Bayquşlar" iki oyunun nəticəsinə əsasən "Orhus"u üstələyəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsind "Hapoel Beer-Şeva" (İsrail) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaqlar.
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Avqust 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















