Icma.az
close
up
RU
“Sabah” əzmkar qələbə ilə “Turan Tovuz”a yaxınlaşdı

“Sabah” əzmkar qələbə ilə “Turan Tovuz”a yaxınlaşdı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah (Bakı) – Turan Tovuz 2:1 (0:1)
92. Stas Pokatilov – 6,0
2. Amin Seydiyev (k) – 6,0
5. Rəhman Daşdəmirov – 5,5
6. Abdullax Xaybulayev – 5,5
88. Xəyal Əliyev – 6,0
(22. Abdulla Rzayev, 83) – qiymətsiz
7. Boyan Letiç – 5,5
44. Sofian Çakla – 5,5
13. İvan Lepinitsa – 6,0
11. Kahim Parris – 5,5
(70. Cesse Sekidika, 46) – 7,0
99. Neqoş Kupusoviç – 5,5
(18. Pavol Şafranko, 46) – 6,5
33. Umarali Raxmonaliyev – 6,5
Ehtiyat oyunçular
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
17. Tellur Mütəllimov
9. Anatoli Nuriyev
77. Şakir Seyidov
32. Elgün Dünyamalıyev
12. Vinsent Til
Baş məşqçi: Vasili Berezutski
Komandanın ən yaxşısı: Cesse Sekidika
41. Sergey Samok – 5,0
88. Faiq Hacıyev – 5,5
7. İsmayıl Zülfüqarlı – 5,5
15. Emmanuel Hakman – 5,5
6. Araş Qaderi – 5,5
77. Veysəl Rzayev – 5,5
(44. Rüfət Əhmədov, 79) – qiymətsiz
9. Kristian Da Silva (k) – 5,5
(10. Xəyal Nəcəfov, 84) – qiymətsiz
23. Alexandro Serrano – 6,0
17. Rəhim Sadıxov – 5,5
90. Joarlem Santos – 5,5
21. Aleks Souza – 6,5
(11. Ayxan Quseynov, 84) – qiymətsiz
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
19. Orxan Əliev
8. Tural Bayramlı
13. Fərid Yusifli
30. Mircamal Əlizadə
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Aleks Souza
Qollar: A.Souza, 15 (0:1, A.Serrano). P.Şafranko, 50-p. (1:1). C.Sekidika, 61 (2:1, U.Raxmonaliyev).
Vərəqələr: A.Xaybulayev, 13 (qeyri-idman hərəkəti). A.Qaderi, 25 (qeyri-idman hərəkəti). V.Rzayev, 44 (qeyri-idman hərəkəti). K.Da Silva, 64 (qeyri-idman hərəkəti). S.Çakla, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
9 fevral. Bakı. “Bank Respublika Arena”. 800 tamaşaçı (9000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bu oyunla bağlı intriqa nöqtələri hədsiz çox idi. Xeyli vaxtdı qələbəyə həsrət qalan “Sabah” 4-cü yerə iddiasını davam etdirmək üçün can qoyacaqdı. Bu komandanı 8 xal qabaqlayan “Turan Tovuz” isə qələbə təqdirində fərqi 11-ə çatdıracaq və faktiki 4-cü yer uğrunda mübarizəni bitirəcəkdi. Tovuzluların kubokda məğlubiyyətə görə qisas hissi ilə alışıb-yandığını da unutmayaq. Nəhayət, ölkəmizə Rusiya futbol məktəbindən gələn iki mütəxəssis növbəti dəfə münasibətləri aydınlaşdıracaqdı.

İlk dəqiqələrdə tərəflərin kəsərsiz hücumlarına şahidlik etdik. 9-cu dəqiqədə Xəyal Əliyev qapı qarşısına ötürmə versə də, Samok yerində idi. Qonaqlar ilk təhlükəli vəziyyəti qola çevirə bildi. 15-ci dəqiqədə Serranodan “yumşaq” ara ötürməsi alan Souza irəlilədi, müdafiəçilərin müqavimətinə rəğmən, topu tora qovuşdurdu – 0:1.
Növbəti təhlükəli hücumu meydan sahiblərinin ifasında izlədik. 19-cu dəqiqədə Lepinitsadan ötürmə alan Kahimin zərbəsində azacıq dəqiqlik çatmadı. 26-cı dəqiqədə Letiç cərimə zərbəsindən qapı qarşısına ötürmə versə də, Amin Seydiyev top başla zərbə vura bilmədi. 29-cu dəqiqədə qonaqları növbəti dəfə “Sabah”ın qapısına yol tapmağı bacardı. Rəhim - Souza-Batista kombinasiyasında sonuncu topu tora qovuşdursa da, VAR-dan gələn siqnalla qol qeydə alınmadı. Batista ofsaydda idi.
Berezutski oyunsonrası mətbuat konfransında fasilədə futbolçularla sakitləşdirici söhbət etdiyini desə də, 2-ci hissədə oyunun axarının kəskin dəyişməsinə əsasən düşünmək olar ki, söhbət “isti” olub. Sekidika və Şafrankonun meydana çıxması ilə “daşlar yerinə oturdu”. Çox güman, Berdıyev və “Turan Tovuz” bu dəyişikliklərə hazır deyildi. Hər halda, artıq 48-ci dəqiqədə dəyişiklik bəhrə verdi. Şafrankonun dabanla etdiyi ötürməyə sahib çıxmağa çalışan Sekidikanı Samok yerə sərdi. Belədə referi “nöqtə”ni göstərdi. Topun arxasına keçən Şafranko dəqiq zərbə ilə hesabı bərabərləşdirdi.
Cəmi 11 dəqiqə sonra bakılılar kuryoz qolla önə keçməyi bacardı. Rəhim Sadıxov Çaklanın ötürdüyü topu qəbul etmək üzrə olan Aminin önünü kəsdi. Ardından Seydiyev Rəhimin dabanını əzdikdən sonra futbolçu yerdə qaldı. “Turan Tovuz” cəbhəsində hər kəs ayaqa qalxsa da, referi heç bir qayda pozuntusu olmadığını söylədi. Aminin autdan daxil etdiyi topu qəbul edən Şafranko Xəyala ötürmə verdi. Xəyal – Raxmonaliyev - Sekidika kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamladı – 1:2.
Qayda pozuntusu gözləyən tovuzluları bakılılar əks-hücumda məyus etdi. 78-ci dəqiqədə Sekidika uzaqdan bəxtini sınasa da, Samok yerində idi. 82-ci dəqiqədə Araşın zərbəsini Pokatilov dəf etdi. Uzatma dəqiqələrində Şafranko daha bir qol vurdu. Referisi öncə mərkəzi göstərsə də, ardından epizodu VAR monitorunda incələdi. İnqilab Məmmədov Lepinitsanın hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi və qol qeydə alınmadı.
Beləliklə, 5 turdu qələbə qazana bilməyən “Sabah” bu tilsimə son qoydu. “Turan Tovuz” isə mövsümün ikinci yarısında yalnız “Qarabağ”ı məğlub etməyi bacarıb, bir də “Səbail”lə heç-heçə edib. Avrokuboklara vəsiqəyə iddialı komanda üçün heç də yaxşı qrafik deyil.
Gözdən qaçmadı:
* “Ultras Turan” ətrafında birləşənlər “Soldati di Sabah”la müqayisədə iki dəfə çox idi.
* “Ultras Turan” “İnqilab, buranın Tovuzu da var” dedi.
* Baş hakim dəfələrlə Berdıyevin köməkçisi Yunis Hüseynovu sakitləşdirməyə çalışırdı.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri