Icma.az
close
up
RU
“Sabah” Futbol Klubunun bəyanatı

“Sabah” Futbol Klubunun bəyanatı

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fanat.Az "Sabah" Futbol Klubunun bəyanatını təqdim edir:

Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik.

Bu böyük futbol bayramının fonunda oyundan öncə azarkeşlərin iştirakı ilə baş vermiş insident barədə yayılan məlumatlar təəssüf hissi doğurur. “Sabah” Futbol Klubu bu məsələ ilə bağlı öz mövqeyini bildirməyi vacib hesab edir.

Klubumuz hər zaman "fair play" prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına böyük önəm verib. 

Xüsusilə “Sabah”ın oyunlarını izləyən azarkeşlərin əhəmiyyətli hissəsini ailələr və uşaqların təşkil etməsi ilə fəxr edirik. Ev oyunlarımızda formalaşmış ailəvi, təhlükəsiz və mehriban atmosfer klubumuz üçün xüsusi dəyər daşıyır.

Eyni zamanda, oyunlarımız zamanı təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin peşəkarlığını yüksək qiymətləndiririk. 

Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən klub olaraq ölkəmizin qonaqpərvərlik ənənələrinə xüsusi önəm veririk. Bakıya gələn bütün rəqib komandaların nümayəndələrinə və onların azarkeşlərinə milliyyətindən və hansı klubu təmsil etməsindən asılı olmayaraq hörmətlə yanaşırıq və bundan sonra da yanaşacağıq.

Bununla yanaşı, dünən baş vermiş hadisənin tam kontekstinin düzgün təqdim olunmasını vacib hesab edirik.

Klubun hazırda malik olduğu məlumat və materiallara əsasən, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib, o cümlədən Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən müəyyən ifadələrdən istifadə olunub. 

Bununla belə, klubumuzun mövqeyi birmənalıdır: hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir və heç bir halda fiziki qarşıdurmaya çevrilməməlidir.

Klub baş vermiş hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdır. Hadisənin bütün hallarının obyektiv şəkildə araşdırılması üçün klubun sərəncamında olan məlumat və materiallar, o cümlədən müvafiq müşahidə kameralarının görüntüləri aidiyyəti qurumlara təqdim olunur və zərurət yarandığı halda bundan sonra da təqdim ediləcək.

Biz hüquq-mühafizə orqanlarının peşəkarlığına tam hörmət və etimadla yanaşır, baş vermiş hadisənin bütün detallarının obyektiv və qanun çərçivəsində araşdırılacağına inanırıq.

Eyni zamanda, həm öz azarkeşlərimizi, həm də ölkəmizə gələn xarici azarkeşləri qarşılıqlı hörmətə, futbol mədəniyyətinə riayət etməyə, bir-birinin və səfər etdikləri ölkənin mədəniyyətinə, ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq. Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır.

“Sabah” Futbol Klubu bundan sonra da Azərbaycanı və Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlindən gələni edəcək.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Avqust 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri