Icma.az
close
up
RU
Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29da Fotolar Yeni Sabah

Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29da Fotolar Yeni Sabah

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" futbol klubunun təşəbbüsü ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaradılan Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında 11 komanda yer alıb.

Yenisabah.az xəbər verir ki, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının dəstəyi, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, "Qarabağ" klubunun prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov və "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbağça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya), "Malmö" (İsveç) klublarının rəsmiləri iştirak edirlər.

Sadalanan klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan "Liverpul" və bu sahədə öncüllərdən sayılan "Udineze" də zəngin təcrübələrini digər klublarla bölüşürlər. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edirlər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq.

Qeyd edək ki, dayanıqlılıq baxımından fəal olan digər klublar "Qarabağ" və ECA tərəfindən bu alyansa dəvət ediləcəklər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see212

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see204

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see194

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see165

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see156

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see132

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see132

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see132

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see129

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see129

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see125

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see125

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see125

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see125

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see124

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see123

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see122

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri