Sabah ın legioneri: İki gün sonra bizi daha bir vacib oyun gözləyir
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Çox vacib qələbə idi. Komanda olaraq yaxşı performans sərgilədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Stiv Solvet deyib.
Paytaxt təmsilçisinin legioneri "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının I turundan təxirə salınmış qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bilirdik ki, çətin oyun olacaq. Amma istənilən halda meydana qələbə üçün çıxmışdıq. 90 dəqiqə bunun üçün çalışdıq və sonda istədiyimizə nail olduq. Komandamızın hər bir üzvü meydanda sərgilədiyi performansa, əzmkarlığa görə təbrikə layiqdir. Qalib gəldiyimiz üçün çox şadam. Amma bu, sadəcə bir qələbə idi. Hədəflərimizə çatmaq üçün hər oyunda sona kimi mübarizə aparmalıyıq. İki gün sonra bizi daha bir vacib oyun gözləyir. Çətin matç olacaq. Səfərdə oynayacağıq, buna baxmayaraq meydana qələbə üçün çıxacağıq. İnanıram ki, buna nail ola biləcəyik".
Qeyd edək ki, "Sabah"- "Qarabağ" görüşü Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Valdas Dambrauskasın komandası 34 xalla turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 33 xalla ikincidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 20 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















