Icma.az
close
up
RU
Sahibə Qafarova monteneqrolu nazirlə görüşüb FOTOLAR

Sahibə Qafarova monteneqrolu nazirlə görüşüb FOTOLAR

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata əsasən, görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Milli Məclisin sədri bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşün iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda, xalqları bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.
Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, parlament diplomatiyasının roluna xüsusi diqqət yetirilib. Parlamentin spikeri 2024-cü ilin aprelində Monteneqroya rəsmi səfərini və bu ölkədə keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluqla xatırladaraq, Monteneqro parlamentinin sədrlərinin müxtəlif dövrlərdə Azərbaycana səfərlərindən bəhs edib. Parlamentin spikeri, qanunverici orqanlar arasında təmasların, qarşılıqlı səfərlərin və parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, belə təmasların parlamentlərarası dialoqun inkişafında mühüm rol oynadığını bildirib. Bununla yanaşı, parlamentlərin profil komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, iki ölkə arasında sıx siyasi dialoqu yüksək qiymətləndirib. O, ötən il Milli Məclis sədrinin Monteneqroya səfərinə görə təşəkkürünü bildirərək, bu səfərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib.
2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya yatıran ölkə olduğunu bildirən qonaq dövlətlərarası əlaqələrin inkişafında turizm sahəsinin özünəməxsus yer tutduğunu deyib. Ervin İbrahimoviç, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Dekabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri