Sabah ın legioneri: Kəpəz ə qarşı mətin olacaq, onlar müdafiədə yaxşı oynayır
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev bazar günü Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz”ə qarşı keçirəcəkləri görüş barədə danışıb.
Sportal.az saytına açıqlama verən özbək futbolçu sabah baş tutacaq matçla bağlı pozitiv düşündüyünü bildirib:
"Qəbələ"ni (1:0) məğlub etdikdən sonra qələbə qazanmağa davam etmək istəyirik. Mövsümün ilk yarısının son turu bizi gözləyir. Liqada iki həftəlik fasilə də olacaq. İlk hissəni qələbə ilə başa vurmaq istəyirik. Çətin oyun olacaq. "Kəpəz" müdafiədə yaxşı oynayır. Turnir cədvəlinin sonunda olsalar da, onlara qarşı çox çətin olacaq. Getdikcə daha yaxşı oynamağa başlayırıq, ona görə də bunu yaxşı nəticələrlə davam etdirmək lazımdır".
Qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" - "Sabah" matçına 15:44-də start veriləcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 08 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















