Sabah ın motivasiyası yüksəkdir Jorje Kaşkilya
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında XXI tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün "İmişli" ev oyununda "Sabahı"nı qəbul edib. Görüşdə qonaqlar 5:0 heaabı ilə qalib gəlib.
Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Jorje Kaşkilya fikirlərini jurnalistlərlə bölüşüb:
"Oyun barədə geniş danışmağa söz yoxdur. Yaxşı başlamadıq. Oyunçumuzun erkən zədə alması, standartdan buraxdığımız qol planlarımızı pozdu. Çox keçmədi penaltidən daha bir qol buraxdıq. Toparlanmaq çətin oldu. "Sabah" ötən turda da böyük hesabla qalib gəlmişdilər. Motivasiyaları yüksəkdir. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşmalı, gedişatı dəyişməliyik. Komandanı "Neftçi" ilə matça hazır edə biləcəyimizə inanıram. Edvin Banqueranın zədəsinin nə qədər ciddi olduğunu hələ bilmirik. Onsuz heyətimiz geniş deyil, onun zədələnməsi durumu daha da ağırlaşdırdı".
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 14 Mart 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















