Sabah İran, Fransa, Almaniya və Britaniya xarici işlər nazirlərinin görüşü gözlənilir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 iyun, AZƏRTAC
Cümə günü İsveçrənin Cenevrə şəhərində İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
“Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İranın xarici işlər naziri Abbas Ərağçi ilə görüşməyi planlaşdırır. Bu, İsrailin İranı bombardman etməsindən sonra diplomatik sıçrayış ola bilər”, - deyə qəzet yazır. Eyni zamanda bildirilir ki, hələlik İran tərəfinin görüşün keçirilməsinə razılıq verməsi ilə bağlı yekun siqnal daxil olmayıb.
Ötən həftə İsraillə İran arasında qarşıdurmanın kəskinləşməsindən bəri İran hakimiyyəti Qərb ölkələrinin nümayəndələri ilə görüşməyib. Bundan əlavə, Ərağçi qeyd edib ki, İsrail hava hücumlarını dayandırmayana qədər ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşməyəcək.
“The Guardian” yazır ki, cümə günü Cenevrədə keçirilməsi nəzərdə tutulan danışıqlardan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ABŞ Dövlət katibi Marko Rubio ilə görüşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 19 İyun 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















