“Sabah“ klubu BOS da ilk məşqinə nə vaxt çıxacaq? TARİX AÇIQLANDI
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək "Sabah" futbol klubunun arenaya köçəcəyi tarix bəlli olub.
Moderator.az xəbər verir ki, bu barədə "Teleqraf"a klub prezidenti Maqsud Adıgözəlov açıqlama verib.
Onun sözlərinə görə, komanda oktyabrın 5-dən sonra məşqlərini yenilənmiş stadionda keçirəcək.
M.Adıgözəlov bildirib ki, UEFA tərəfindən stadiona baxış keçirən nümayəndə heyəti heç bir problem aşkarlamayıb və oyunların BOS-da keçirilməsi təsdiqlənib:
"Heç bir problem yoxdur. UEFA stadionu qəbul edib və burada Çempionlar Liqası oyunlarımızın keçirilməsi təsdiqlənib. Biz nəzərdə tutduğumuz planı UEFA-ya təqdim etmişdik. Hazırda meydanın ot örtüyü qoyulub. Ona uyğun olaraq qulluq işləri aparılır. Sadəcə, meydançanın özünə gəlməsi üçün bir qədər vaxt lazımdır. Nəzərdə tutduğumuz qrafikə əsasən, komanda oktyabrın 5-dən sonra burada məşq edəcək".
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının Liqa mərhələsində Bakıdakı ilk oyununu oktyabrın 13-də Çexiyanın "Slaviya Praqa" klubunu qəbul edəcək. Görüş Bakı vaxtilə saat 20:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Sentyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















